ABŞ senatoru bu sözlərlə 1-ci növbədə öz ölkəsinə pislik edir...
"Bakı Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev Facebook səhifəsində ABŞ senatoru Ben Kardin barədə maraqlı paylaşım edib. Politoloq yazır: "Senatın Beynəlxalq münasibətlər komitəsinin sədri Ben Kardin Azərbaycanla Ermənistanın sülh müqaviləsindən danışıb. "İstəyirik ki, bu müqavilə Ermənistanın sərhədlərinə sülh gətirsin, erməni xalqını əmin etsin ki, Azərbaycan sərhədlərdə hərbi əməliyyatlar aparmayacaq və ermənilər sülh içində yaşayacaq"- Kardin belə deyib.
Belə çıxır ki, guya hər şeyin səbəbkarı Azərbaycan imiş və 30 ildən çox Azərbaycanın hədəf olduğu təcavüzü həyata keçirən Ermənistan deyilmiş....Guya sərhədlərdə sülhün olmamasının səbəbkarı Azərbaycan imiş...Guya Azərbaycan ermənilərə qarşı hərbi əməliyyat və təcavüz planları ilə yaşayırmış və bunun qarşısını sülh sazişi ilə almaq olarmış və sair...
Halbuki dünya Azərbaynanın sülh ölkəsi olduğunu bilir .Senatorun dediklərinin Azərbaycana qarşı qərəz və ədalətsizlik əhvalı olduğu da çoxlarına bəllidir.Belədə məlum olan həqiqəti ermənilərin marağına baş- ayaq çevirən senator əslində öz ölkəsinin imicinə növbəti zərbəni vurmuş olur...Başqa adı yoxdur..."
Mətləb