ABŞ-dan qərar - Gürcüstanla hərbi təlimlər təxirə salındı
ABŞ-Gürcüstan hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə Gürcüstan mətbuatı Pentaqona istinadla məlumat yayıb. Gürcüstan mediasının yazdığına görə, ABŞ ikitərəfli münasibətlərə yenidən baxılması səbəbindən Gürcüstanla birgə keçirilməsi nəzərdə tutulan hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb
Qeyd olunur ki, Birləşmiş Ştatlar ABŞ-Gürcüstan münasibətlərinin hərtərəfli nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib və bu məqsədlə də "Soylu Tərəfdaş" təlimlərini qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul edib.
Mətləb