Fransada gərgin lik artır - polis etirazçılara zor tətbiq edib
Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinin elan edilməsindən sonra vəziyyət gərginləşib. “Figaro” nəşrinin yazdığına görə, böyük şəhərlərin çoxunda etiraz aksiyaları keçirilib. Parisin Respublika meydanındakı aksiya isə daha izdihamlı olub. Dinc başlayan aksiya polisin müdaxiləsindən sonra qarşıdurmaya çevrilib. Polis narazı kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə edib.
Nant şəhərində keçirilən aksiyada bir polis əməkdaşı xəsarət alıb.
Mətləb