Rusiya ŞOKDA - Ukrayna kəşfiyyatı “Tu-22M3” bombardmançı təyyarəsini Kiyevə qaçıracaqdı...
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna kəşfiyyatının “Tu-22M3” strateji bombardmançı təyyarəsinin Ukraynaya qaçırılmasının təşkili cəhdinin qarşısını alıb. Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, rusiyalı hərbçiyə təyyarəni qaçırmaq üçün azı 2 milyon ABŞ dolları vəd edilib: “Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Rusiya Aerokosmik Qüvvələrinə məxsus strateji bombardmançı “Tu-22M3” təyyarəsini qaçırmaq üzrə növbəti əməliyyatı dayandırıb”.
Mətləb Salahov