Almaniya Viktor Orbana qəzəblidir - "Macarıstan Aİ Şurasına sədrlikdən istefa verməlidir"
Bundestaqın (Almaniya parlamenti) Xarici siyasət komitəsinin Sosial Demokrat Partiyasından olan sədri Mixael Rot macarıstan əleyhinə bəyanatla çıxış edib. Almaniyalı deputat bildirib ki, Baş nazir Viktor Orbanın Moskvaya səfərinə görə Macarıstan Aİ Şurasına sədrlikdən istefa verməlidir.
“Orbanın Aİ Şurasına sədrliyindən biabırçı şəkildə sui-istifadə etməsi və mandatsız Kremlə getməsi qalmaqaldır. O, Aİ-nin xarici siyasətinin əsas prinsiplərini sarsıdır. Ya Macarıstan hökuməti Aİ-dəki hazırkı roluna hörmətlə yanaşır, ya da sədrlikdən getməlidir”, – o, sosial şəbəkədə yazıb.
Mətləb Salahov