"İran prezidenti fəaliyyətə başladıqdan sonra münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik" - Ceyhun Bayramov
İranda yeni Prezident seçildi, Azərbaycan Prezidenti bu münasibətlə öz təbrikini çatdırdı.
Trend xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Biz bundan öncə Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq. Yeni Prezident fəaliyyətə başladıqdan sonra biz münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik”, - deyə nazir bildirib.
Qeyd edək ki, İranda keçirilən növbədənkənar prezident seçkilərinin qalib “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian olub. 5 iyul tarixində keçirilən seçkilərdə Məsud Pezeşkian təxminən 16,4 milyon və Səid Cəlili 13,5 milyon səs toplayıb.