Baydenə ŞOK - Əsas donorlar onu seçkilərdən çəkilməyə çağırır
ABŞ Prezidenti Co Baydenin son müsahibəsi onun debatdakı uğursuz çıxışından narahat olan Demokratlar Partiyasının donorları sakitləşməyiblər. “ABC News”-un xəbərində deyilir ki, debatdan sonra Baydeni seçkilərdən çəkilməyə çağıran “Netflix”in yaradıcılarından biri və icraçı direktoru Rid Hastinqs müsahibədən sonra da çağırışını təkrarlayıb. “Təəssüf ki, Bayden mental vəziyyətini inkar edir. O, geri addım atmalı və imkan verməlidir ki, güclü demokrat liderlər Trampa qalib gəlsinlər”,- deyə o, açıqlamasında bildirib.
2020-ci il seçkilərində Bayden qələbə fonduna 620 min dollar bağışlayan “Paypal”ın keçmiş icraçı direktoru Bill Harris deyib ki, müsahibə zamanı Bayden çox qoca görünür və bu, tərəddüdlü demokrat seçiciləri fikir dəyişməyə vadar edə bilər. O, Baydenin müsahibə və debatdakı çıxışına istinad edərək onun geri çəkilməsinin qaçılmaz olduğunu deyib.
Mətləb Salahov