Putin təkid edir - Ukrayna 4 bölgədən əsgərlərini geri çəkməlidir...
Rusiya lideri Vladimir Putin, bir neçə gün əvvəl Kiyevə gedərək Ukrayna prezidenti Zelenski ilə görüşən və Avropa İttifaqının reaksiyalarına baxmayaraq, Moskvaya səfərini ləğv etməyən Aİ Şurasının prezidenti, Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.
Putin Orbanla görüşündən sonra bildirib ki, Moskva Ukraynadakı münaqişənin öz şərtləri ilə tam dayandırılmasının tərəfdarıdır. Putinin sözlərinə görə, sülh üçün Ukrayna silahlı qüvvələrinin Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən çıxarılması əsas şərtdir.
"Başqa şərtlər də var, lakin bunların hamısı mümkün birgə iş çərçivəsində ətraflı qiymətləndiriləcək məsələdir", - Putin bildirib.
Qeyd edək ki, Aİ Orbannın Moskva səfərində ittifaqı deyil, öz ölkəsini təmsil etdiyini bildirib. NATO-nun baş katibi Stoltenberq isə Orbanın Moskvaya səfəri ilə bağlı onları əvvəlcədən məlumatlandırdığını açıqlayıb. Stoltenberq Orbanın görüşünün Vaşinqtonda keçiriləcək NATO sammitində gündəmə gətiriləcəyinə ümid etdiyini də bildirib. Stoltenberq həmçinin bildirir ki, Orban Moskvada NATO-nu deyil, öz ölkəsini təmsil etmək üçün səfərdədir.
TAHİR