Rişi Sunak da Qəzzalıların müdafiəsinə qalxdı
"Qəzzada baş verən humanitar böhranla bağlı, bölgədəki vəziyyət çox faciəvidir və getdikcə pisləşir. "Bakı-Xəbər" yazır ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib. "Biz humanitar yardımın heç bir maneə olmadan Qəzzaya çatdırılması üçün çağırış edirik. Biz səylərimizi davam etdiririk, çünki günahsız mülki əhalinin iztirablarına son qoyulmalıdır",-deyə o qeyd edib. Sunak dünyada baş verən münaqişələrin birbaşa yoxsullara təsir etdiyini vurğulayıb.
Leyla SƏMƏNDƏR