KÖHNƏ VERSİYA            

Evlənməkdən imtina edən gənclərimizin sayı artır - demoqrafik həyəcan...

Image

İlbəil boşanmaların sayı artır. Əsaslı və ya əsassız, insanlar boşanmağa yüzlərlə səbəb tapır. Bunun qarşılığında evlənmək istəyənlərin sayı azalır və evlilik yaşı da artır. Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, evlənənlərin sayı azalır. Maraqlıdır, gəncləri evlilikdən qaçıran sosial səbəblər nələrdir?

Elçin Bayramlı: “Bu gün ölkəmizdə gənclərin 90 faizi sosial problemlər ucbatından ailə qurmaq istəmir” 

Sosioloq Elçin Bayramlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, evlənənlərin sayının azalmasının bir neçə səbəbi var: “Birincisi, mənəvi-psixoloji deqradasiya, gənclərlə bağlı aparılan təbliğatlardır. Gənclərə təbliğ olunur ki, qətiyyən evlənməyin, karyera qurun və gələcəkdə evlənmə məsələsinə baxarsınız. Bu da çox zərərli təbliğatdır və nəticələrini də görürük. İkincisi, gənclərə daim əyləncə təbliğ olunur və onlarda da belə bir fikir formalaşır ki, evlənib ailəyə diqqət, qayğı göstərib pul xərcləməkdənsə, bunu özümə xərcləyim. Yəni gənclər eqoist bir əhval-ruhiyyədə formalaşır. 20-30 ildir davamlı təbliğatın nəticəsi dəyərləri, düşüncələri çox mənfi istiqamətdə dəyişdirib və buna da heç kim “dur” demir. Bununla yanaşı, gənclərin evlənməməsinə sosial-iqtisadi vəziyyət də təsir edir. Ölkədə iş yerlərinin az olması, mövcud iş yerlərində də maaşların aşağı olması gəncləri evlənməkdən çəkindirir. Üstəlik, bu gün Azərbaycanda gənclərin 90 faizinin ev almaq imkanları yoxdur. Ev ala bilməyəndə də bizdəki maaşla yalnız kirayə pulunu ödəmək mümkündür. Ona görə də evi olmayan, tək özünü ancaq dolandıra biləcək gəncdən evlənməyi gözləmək olmaz. Bu da sosial problemlərin təsiridir”.

Ekspert onu da əlavə etdi ki, əksər xarici ölkələrdə ailələrin qurulması və onun qorunması üçün müxtəlif vasitələrlə stimullaşdırıcı layihələr icra edir. Təəssüf ki, ölkəmizdə belə bir qayda yoxdur: “Danılmaz faktdır ki, ölkəmiz boşanma sayına görə dünyada ilk sıralarda yer alır. Ailə quran gənclərin sayı kəskin şəkildə azalır. Azərbaycanda ailə institutu, demək olar ki, dağılıb. Türkiyədə gənclərin ailə qurması, çoxuşaqlı ailələrin sayının artması üçün şərait yaradılır. Bizdə də belə bir qayda tətbiq olunmalıdır. Bu gün ölkəmizdə gənclərin 90 faizi sosial problemlər ucbatından ailə qurmaq istəmir. Evsizlik, işsizlik, normal qazancın olmaması gec evlənməyə səbəb olur”.

E.Bayramlı hesab edir ki, gənclərin təhsili, işi ilə bağlı ciddi proqramlar olmalı, sosial layihələrlə ev almaları asanlaşdırılmalıdır: “Uşaqpulu verilməlidir ki, dünyaya gələn uşaqlar normal şəkildə böyüyə bilsin. Bununla yanaşı, cəmiyyətdə evliliklə bağlı aparılan mənfi təbliğat dayandırılmalıdır. Gənclərə ailə qurmağın təhsil, iş həyatına maneə törətmədiyi aşılanmalıdır”.

Könül İsmayılova: “Bu gün xanımlarımızın böyük əksəriyyəti ali təhsilli və karyera həvəsindədir, ancaq...” 

Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ailə qurmaq çətin deyil. Çətin olan bu ailəni maddi və mənəvi təmin etməkdir. Bunun üçün ev şəraiti və müəyyən mənada stabil gəlirli işin olmalıdır: “Əvvəlki dövrlərdən fərqli olaraq, bu gün gənclər özləri də bir sıra problem yaradacaq seçimlər edirlər. Məsələn, bu gün xanımlarımızın böyük əksəriyyəti ali təhsilli və karyera həvəsindədir. Bu, gözəldir. Lakin onlar düşünürlər ki, ali təhsil alıb, yaxşı iş yerlərində çalışdıqları üçün mütləq ayrı evləri olmalıdır. Heç olmasa, evin kişisi xanımından daha çox pul qazanmalıdır. Bunu sanki bir dəyər kimi qəbul edirlər. Gec evliliklərə səbəb düzgün sistemləşdirilməmiş iş həyatıdır. Cəmiyyətdə belə bir fikir üstünlük təşkil edir ki, bir gəncin orta məktəbi bitirib 4 il universitet, 2 il magistratura təhsili alması, ən azı rus, ingilis dillərini bilməsi, bir neçə il iş axtarması, həyatını düzənə salması onun 27-28 yaşına gəlib çatması ilə nəticələnir. Üstəlik, oğlanlar üçün 1 il hərbi xidmət müddəti də var. Bütün bunlar evlilik yaşının artmasına səbəb olur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, gec ailə quran və gec yaşlarda ana olan qadınların əksəriyyətinin övladları daun sindromu ilə doğulur. Ananın yaşı 35-40 keçirsə, risq daha da artır. Evlilik yaşının normal səviyyəyə çatması üçün aidiyyəti qurumlar hərəkətə keçməlidir.

Günel CƏLİLOVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031