Makron dayanmır - Fransa Ermənistana daha 29 milyon avro ayıracaq!
Emmanuel Makronun Ermənistanı silahlandırmaq və "humanitar yardım" adı ilə milyonlarla dollar ayrımaq siyasəti davam edir. Artıq Fransadan Ermənistana daha bir "jest" edilib - rəsmi Paris İrəvana 29 milyon avro verəcək. Erməni mediasının məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub. Əlbəttdə o ermənilər 29 milyon avronun bir qara qəpiyini də görməyəcəklər. Onlar sadəcə zavallı siyasətin üz maskalarıdır, başqa heç nə...
Mətləb Salahov