Cümə axşamı günü, 17 iyul 2025
     

Mərkəzi Asiyaya qlobal maraq artır - regiona giriş qapısı Azərbaycandır...

Image

Qərb ölkələri iqtisadi inkişaf planlarında və infrastruktur layihələrinin həyata keçirilməsində mühüm rol oynayan Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələri ardıcıl olaraq genişləndirir. Qeyri-regional dövlətlər tərəfindən Mərkəzi Asiyaya diqqətin artması qlobal iqtisadiyyatda baş verən kəskin dəyişikliklərlə bağlıdır. 

Çin üçün Mərkəzi Asiya ölkələrinin ərazisi Avropaya malların tədarükü üçün cəlbedici marşrutdur. ABŞ və Avropa İttifaqı üçün Mərkəzi Asiya dövlətlərinin əhəmiyyəti iqtisadi inkişafın uzunmüddətli hədəfləri ilə müəyyən edilir. Amma məsələnin daha bir maraqlı tərəfi odur ki, Mərkəzi Asiya ölkələri ilə əlaqələrini genişləndirmək istəyən ölkələrin Azərbaycana da ehtiyacı artır. Çünki Azərbaycan məhz bu regiona giriş qapısı hesab olunur. Mərkəzi Asiya ölkələrindən idxal və ixrac üçün Azərbaycanın tranzit imkanlarına böyük ehtiyac var. 

Hələlik isə Mərkəzi Asiya ölkələrini öz maraqları orbitinə cəlb etmək üçün regiondankənar dövlətlər geniş alətlərdən istifadə edirlər. Belə ki, son illərdə Mərkəzi Asiya üçün müxtəlif çoxtərəfli formatlar təklif olunur. Rusiya, Çin, ABŞ, Aİ, Almaniya və Hindistan, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ilə yüksək səviyyəli sammitlər keçirilib. Bu tədbirlər zamanı Mərkəzi Asiya ölkələri ilə enerji və nəqliyyat sektorlarında çoxtərəfli və ikitərəfli infrastruktur layihələrində iştirakın çoxsaylı variantları müzakirə edilib, investisiya əməkdaşlığının genişləndirilməsinə dair razılaşmalar əldə olunub. Aİ və Birləşmiş Ştatlar üçün ən böyük maraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur (Orta Dəhliz). 2017-ci ildə fəaliyyətə başlayan bu marşrut hazırda Aİ və Çin arasında iqtisadi əlaqələrin inkişafının mühüm hissəsi kimi qiymətləndirilir. 2023-cü ildə onlar arasında ticarət dövriyyəsi 780 milyard dollar təşkil edib. Aİ Orta Dəhliz vasitəsilə tədarük həcmini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Yaxın illərdə Aİ Orta Dəhliz vasitəsilə daşımaların həcmini 20 milyon tona çatdırmaq niyyətindədir. Bu planları həyata keçirmək üçün Brüssel 10 milyard avroya qədər kreditlər veriləcəyini açıqlayıb. Gələcəkdə Brüssel maliyyələşdirmənin həcmini artıracağını bəyan edir. Brüssel Avropa Komissiyası tərəfindən 2021-ci ilin dekabrında işə salınmış "Qlobal Gateway" strategiyası çərçivəsində öz maraqlarını təşviq etmək niyyətindədir. Strategiya, enerji və nəqliyyat sektorları da daxil olmaqla, layihələrin həyata keçirilməsinə yönəlib. Əsas diqqətin nəqliyyat sənayesinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır. Strategiya çərçivəsində maliyyələşdirmənin prioritet istiqamətləri Orta Dəhlizin əsas iştirakçıları olan Qazaxıstan və Azərbaycanda liman infrastrukturunun, eləcə də avtomobil və dəmir yolu şəbəkələrinin modernləşdirilməsinə yönəlmiş layihələr olacaq. Aİ Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizi vasitəsilə yük daşıyacaq gəmilərin tikintisinə diqqəti artıracaq. Brüsselin Orta Dəhlizə marağı uzunmüddətli iqtisadi planlarla izah olunur. Orta Dəhlizin ötürmə qabiliyyətinin genişləndirilməsi Aİ tərəfindən Mərkəzi Asiyada yerləşən nadir torpaq metal yataqlarına etibarlı çıxışın əldə edilməsi üçün zəruri şərt kimi nəzərdən keçirilir. Məhz bu faktorlar Brüssel üçün xüsusi maraq kəsb edir. Onlara çıxış Rusiya və Çindən tədarükdən asılılığı azaltmağa yönəlmiş addım kimi qiymətləndirilir. Bu ehtiyatlara çıxış, onların işlənilməsi və xammalın Avropaya ixracı ilə bağlı danışıqlar Avropa İttifaqının ali nümayəndəsi Cozep Borrelin bu ilin avqustunda Qazaxıstan və Qırğızıstana səfəri zamanı aparılıb.

Son illərdə Qərb dövlətləri təbii ehtiyatlara çıxış əldə etmək və onların sonrakı işlənməsinə yönəlmiş müxtəlif mexanizmlərdən istifadə ediblər. Mərkəzi Asiya ölkələrinin qanunvericiliyində qeyri-regional dövlətlərə nadir torpaq metallarının yataqlarına etibarlı çıxış əldə etməyə ümid etməyə imkan verən dəyişikliklərin edilməsinə böyük diqqət yetirilir. Bu xammal uzun müddət Qərbin Mərkəzi Asiyadakı iqtisadi strategiyasının bir hissəsi olub və əsas rol oynayır. Müvafiq olaraq, bu planların həyata keçirilməsi Mərkəzi Asiya ölkələrinin Qərb dövlətlərinin maraqları dairəsinə daha çox cəlb olunmasına gətirib çıxaracaq. Öz növbəsində, Brüsselin Orta Dəhlizi inkişaf etdirmək səyləri Mərkəzi Asiyada dəstəklənir, çünki region dövlətləri Avropa ilə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdırlar. Mərkəzi Asiya ölkələri qlobal ticarət və iqtisadi zəncirlərin bir hissəsi olmağa ümid edir və bununla da öz iqtisadiyyatlarını gücləndirməyə ümid edirlər. Mərkəzi Asiya dövlətləri üçün regiondankənar aktorların məqsədlərində əhəmiyyətli fərqlər var, lakin onların bir ortaq cəhəti var - Mərkəzi Asiyadan öz maraqları üçün istifadə etmək. Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin iqtisadi imkanları xarici siyasət kursunun xarakterini əvvəlcədən müəyyən edir. Belə ki, Mərkəzi Asiya ölkələrinin liderləri daha güclü geosiyasi mərkəzlər arasında manevr etmək məcburiyyətində qalırlar, bununla da iqtisadi və siyasi inkişaf məsələlərini həll etməyə çalışırlar. Mərkəzi Asiya ölkələri, ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizmlərindən də istifadə edirlər. Belə ki, 2024-cü ilin avqustunda Mərkəzi Asiya ölkələrinin liderləri VI Məşvərət Toplantısını keçirdilər və bu görüşdə regional təhlükəsizlik və sabitlik konsepsiyasının hazırlanması təklif olundu. Burada əsas işirakçılardan biri  də məhz Azərbaycan oldu. Bundan əlavə, Mərkəzi Asiyada 2030-cu ilə qədər ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə strateji planın hazırlanması təklifi irəli sürülüb. Bütün Mərkəzi Asiya ölkələri mühüm problemlərlə üzləşdiyindən bu məsələ regionda daha çox əhəmiyyət kəsb edir. Məşvərət Toplantısında Mərkəzi Asiya dövlətlərinin liderlərinin irəli sürdükləri əsas tezis ondan ibarət olub ki, regionun rolu artır və qarşılıqlı əlaqələrin çoxtərəfli və ikitərəfli əsasda inkişaf etdirilməsi zəruridir. Mərkəzi Asiya ölkələri yeni təşəbbüslər irəli sürərək, regiondankənar dövlətlərlə əməkdaşlığa hazır olduqlarını nümayiş etdirərək müstəqillik və birlik nümayiş etdirməyə çalışırlar. Bu prosesdə türk birliyi məsələsi də mühüm əhəmiyyət kəsb edir.

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

16.07.2025 / 22:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

16.07.2025 / 21:43
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

16.07.2025 / 21:21
Zəngəzur dəhlizi ABŞ-a verilsə, bölgəmizdə nə baş verər?

16.07.2025 / 21:04
Paşinyan Bakıda mühakimə olunan şəxslə bağlı məktubdan imtina etdi...

16.07.2025 / 20:49
Tramp neçənci dəfədir Rusiya barədə 180 dərəcə mövqe dəyişir - taktika, ya xamlıq...

16.07.2025 / 20:45
Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunub

16.07.2025 / 20:35
12 günlük müharibə Rusiya-İran münasibətlərini xeyli zədələdi...

16.07.2025 / 20:22
Ermənistan təlaşda: Qərbi Zəngəzur mübahisəli ərazilər kimi dünyada tanınmağa başlayır...

16.07.2025 / 20:20
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTO

16.07.2025 / 20:03
Tramp bir sözü ilə dolları elə möhkəmləndirdi ki, təsiri manata da dəyə bilər...

16.07.2025 / 19:48
Azərbaycan-Suriya münasibətlərinin normallaşması İran mediasında böyük vəlvələ yaratdı...

16.07.2025 / 19:34
26 illik geosiyasi tələ qırılır, kəmər işə düşür - Azərbaycanın planı işlədi...

16.07.2025 / 19:20
Zirədə zibil dizə çıxır...

16.07.2025 / 19:07
Cənubi Qafqazın geosiyasəti yenidən şəkillənir - Azərbaycan işin başındadır...

16.07.2025 / 18:52
Dəhliz ABŞ-a verilsə Rusiya bu addımları atacaq...

16.07.2025 / 18:37
Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

16.07.2025 / 18:23
Keçmiş nazir Zəngəzura qarşı ABŞ-da hansı dairələrdən sifariş alıb?..

16.07.2025 / 18:15
Paşinyan Zəngəzur dəhlizilə bağlı ABŞ-dan təklifin daxil olduğunu təsdiqlədi

16.07.2025 / 18:10
Pakistanlı nazir Azərbaycan haqda niyə bu sözləri eşitməli idi? - Dini liderin ətrafında çirkin intriqa...

16.07.2025 / 17:56
70 illik problem ancaq 2 dövlət prinsipi ilə həll oluna bilər - prezident ABŞ-a mövqe göstərdi...

16.07.2025 / 17:43
Vardanyan Bakıda məhkəmədə istədiyi vəsatəti qəbul etdirə bilir...

16.07.2025 / 17:30
Azərbaycanın ixracı ilin sonunadək azalmaqda davam edə bilər - pis proqnoz...

16.07.2025 / 17:23
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdü...

16.07.2025 / 17:18
Bakıda kişi arvadını güllələdi

16.07.2025 / 17:05
Kukla Teatrı “Bakı-Xəbər”in əməkdaşını “Teatrın dostu” mükafatı ilə təltif etdi...

16.07.2025 / 17:02
Dövlət Komitəsinin 2025-ci ilin ilk yarımilində fəaliyyəti müzakirə edilib

16.07.2025 / 16:52
DİN-dən əməliyyat - narkoşəbəkənin daha iki üzvü 67 kq narkotiklə yaxalandı

16.07.2025 / 16:39
"Əkinçi" qəzeti - maarifçilik, inkişaf, milli özünüdərk məktəbi

16.07.2025 / 16:27
Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları dəyişdi

16.07.2025 / 16:23
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

16.07.2025 / 16:20
Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

16.07.2025 / 16:16
Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Heydər Əliyev Mərkəzində olub - FOTO

16.07.2025 / 15:49
"Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq" - Paşinyan

16.07.2025 / 15:41
Cəlilabadda doğuldu, Füzulidə şəhadətə qovuşdu – şəhid Elvin Bayramov...

16.07.2025 / 15:24
Paşinyan Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü barədə danışdı

16.07.2025 / 15:09
“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi

16.07.2025 / 15:01
BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16.07.2025 / 14:38
Makron Fransanı borc bataqlığında batırır - hər saniyədə 5 min avro borc... hökumət devrilə bilər...

16.07.2025 / 14:05
Paşinyan Zəngəzura “HƏ” dedi, - Rusiya tətikdədir...

16.07.2025 / 13:45
Magistraturaya qəbul imtahanında esseyə minimal tələb qoyula bilər...

16.07.2025 / 13:21
Leyla Əliyeva Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb - FOTO

16.07.2025 / 13:06
Россия обязана возместить ущерб, нанесённый Азербайджану за 200 лет оккупации - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.07.2025 / 12:57
“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib*

16.07.2025 / 12:21
"Azərbaycan və Türkmən xalqlarını dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi" - Prezident

16.07.2025 / 12:09
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla görüşü olub - FOTO

16.07.2025 / 12:05
Avropa İttifaqından Ukrayna SÜRPRİZİ - 88 milyard avroluq yardım...

16.07.2025 / 11:29
Bir gündə ölkə ərazisində 46 cinayətin üstü açılıb- polis

16.07.2025 / 11:13
Paşinyan bu erməni naziri işdən qovdurdu

16.07.2025 / 11:06
I Qarabağ müharibəsinin daha bir şəhidi Xaçmazda dəfn olunacaq

16.07.2025 / 11:03
Paşinyanı devirmək üçün Rusiyanın yeni planı ortaya çıxdı - CANLI

16.07.2025 / 11:00
Altı ayda motosiklet sürücülərinin təqsiri üzündən 17 yol qəzası olub, 4 nəfər ölüb

16.07.2025 / 10:41
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

16.07.2025 / 10:34
Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

16.07.2025 / 10:32
Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

16.07.2025 / 10:28
Tramp bu dəfə tələbələrin etirazı ilə qarşılaşdı

16.07.2025 / 10:21
Azərbaycanda bu kredit təşkilatı bağlandı

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910