KÖHNƏ VERSİYA            

20 milyon manat Nəcməddin Sadıqova necə verilib? - Əsaslı ittihamlara cavab verilmir...

Image

Artıq Azərbaycan cəmiyyətində Nəcməddin Sadıqov şəxsində ölkə yurisdiksiyasının qarşısında aciz qaldığı, ram edilə bilməyən "cinayətkar" fenomeni formalaşmaqdadir. 

Cəmiyyətdə "Tərtər hadisələri" kimi tanınan cinayət işinin məhkəmə prosesində müttəhimlərin ifadələrində ittiham edilən, ayrı-ayrı generalların mediaya açıqlamalarında xəyənatkar əmrlər verdiyi, indi də 143 milyonluq mənimsəmədə ittiham edilən Müdafiə Nazirliyinin yüksək çinli məmurların məhkəməsində ona 20 milyona yaxın pulun verilməsi ittihamları irəli sürülsə də, bu şəxs "ölməz Kaşşey" kimi hələ də toxunulmazlığını saxlaya bilir. Hətta şahid qismində belə proseslərə cəlb edilmir.

Məsələn, bu günlərdə Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesində Nəcməddin Sadıqova qarşı 20 milyon manatlıq ittiham irəli sürülüb. Belə ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bir sıra vəsatətlər verib. Həmin vəsatətlərdən birində Nizami Məmmədovun vəkili qeyd edib ki, cinayət işi üzrə təqsirli bilinən və ayrı icraatda məhkəməsi keçirilən Məlikməmməd Qurbanov ifadəsində vəzifədə işlədiyi 2015-2019-cu illərdə 20 milyon manat pul mənimsənildiyini deyib.

“O deyib ki, həmin pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib, 400 min manatı isə özünə qalıb. Həmçinin sabiq idarə rəisi Nəcməddin Sadıqovun ona 800 min manat pulu Nizami Məmmədova çatdırmaq üçün verdiyini bildirib”, - deyə müdafiəçi bildirib.

Bu ilin 15 iyulunda eyni cinayət işi üzrə keçirilən məhkəmədə bildirilir: "İstintaqa göndərilən dörd illik hesabatda Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş general-polkovnik Nəcməddin Sadıqovun xərcləri də ayrıca göstərilib. Sənədə əsasən, N.Sadıqovun göstərişi ilə, hər birində altı ədəd olmaqla, altı dəst armudu stəkana 21 min manat xərclənib(!).

Hesabatda sabiq Baş Qərargah rəisinə aid daha bir xərc də şərablarla bağlıdır. İddia olunur ki, N.Sadıqov hərəsi 100 manatdan 80 şüşə çaxır aldırıb. Buna da 8 min manat pul xərclənib.

Sözügedən cinayət işində bu cür məqamlar, demək olar ki, bütün proseslərdə müşahidə edilir. Digər tərəfdən, 143 milyonluq mənimsəmədə ittiham edilən bütun vəzifəli şəxslər birbasa Nəcməddin Sadıqova tabe ola şəxslərdir. Nəcməddin Sadıqovun bu işlərdən xəbəri varsa da, yoxsa da, o, vəzifəli şəxs kimi məsuliyyət daşıyır. Amma nədənsə o, şahid qismində belə məhkəmə proseslərinə cəlb edilmir. Səbəb nədir?

Tərlan Eyvazov: "Görünür, ortaya qoyulan sənədlərdə Nəcməddin Sadıqovun imzası yoxdur" 

Bizimlə söhbətində hərbi ekspert Tərlan Eyvazov bildirdi ki, birincisi, məhkəmə prosesi hüquqi müstəvidə aparıldığından, hər bir vəzifəli şəxs öz imza atdığı sənədin məsuliyyətini daşıyır. Görünür, ortaya qoyulan sənədlərdə Nəcməddin Sadıqovun imzası yoxdur. Amma imzası olmasa belə, bu cinayəti Nəcməddin Sadıqovun tabeliyində olan vəzifəli şəxslər törədib, ona görə o da məsuliyyət daşıyır. Digər tərəfdən, müttəhim deyirsə ki mən Nəcməddin Sadıqova 20 milyon pul vermisəm, o mütləq məsuliyyətə cəlb edilməlidir.

Məncə, bunun əsas səbəbi Nəcməddin Sadıqovun Rusiyaya bağlı şəxs olmasıdır".

Namizəd Səfərov: "Nəcməddin Sadıqov Moskvanın adamıdır, 30 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir" 

Yaranmış sualla bağlı rəyini öyrəndiyimiz hüquqşünas Namizəd Səfərov bildirdi ki, Nəcməddin Sadıqovun məsuliyyətə cəlb edilməməsinin səbəbini anlamaq üçün heç hüquqşünas olmağa da ehtiyac yoxdur: "Adi vətəndaş da başa düşür ki, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsinin səbəbi odur ki, cinayətdə əlbir olan və onu himayə edən şəxslər vəzifədədir. Nəcməddin Sadıqov və onu himayə edən şəxslər haqqında sosial şəbəkələrdə yüzlərlə fakt var, video-çəklişlər var. Lakin bunların heç birinə reaksiya verilmir. Nəcməddin Sadıqov Moskvanın adamıdır, 30 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir. O, beşinci kolonun nümayəndəsidir. Azərbaycanda yalnız bu cür oğrular azad və mustəqildir. Onun göstərişi isə Moskvadan gəlir. Nəcməddin Sadıqov Azərbaycanda Moskvanın əsas canişinlərindən biridir, oturub Bakıda, bu qədər müttəhimin iddiaları ortada olduğu halda ona qarşı heç bir addım atılmır. Nəcməddin Sadıqov Bakı şəhərinin ortasinda, "Salyanski kazarma" adlanan yerdə böyük bir ərazini cinayət yolu ilə ələ keçirib, orada özünə villa tikib. Bunu Azərbaycanda heç kim edə bilməzdi, o elədi və ona "gözün üstə qaşın var" deyən yoxdur. Həm Tərtər hadisələrində, həm də ordumuza qarşi törədilən digər cinayətlərdə təkzibolunmaz faktlarla Nəcməddin Sadıqovun adı hallansa da, ona qarşı heç bir addim atılmır. Hələ 1990-92-ci illərdə ordu ilə bağli onun cinayətləri və xəyanətləri ilə bağlı ortaya təkzibolunmaz faktlar qoyulub. Onun bu əməlləri bu gün də davam edir, 44 günlük müharibədə səlahiyyətli şəxslər təsdiqlədi ki, o, xəyanət edib. Lakin bu gün heć bir dövlət orqanı Nəcməddin Sadıqov haqqında tədbir görmək gücündə deyil, ən azı belə görünür".

Akif NƏSİRLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031