Bu ölkədə güclü daşqınlardan sonra 274 məhbus həbsxanadan qaçıb
Nigeriyanın Borno ştatında güclü daşqınlardan sonra həbsxanadan azı 274 məhbus qaçıb. Bu barədə CNN Nigeriyanın İslah Xidmətinə istinadən məlumat yayıb. “Daşqınlar islah müəssisələrinin, o cümlədən Mayduqurinin xüsusi rejimli islah mərkəzinin divarlarını uçurub, həmçinin şəhərdəki müəssisənin işçilərinin yaşayış yerlərini məhv edib”, - xidmətin sözçüsü Əbubəkir Ömər bildirib.
Onun sözlərinə görə, azı 281 məhbus təhlükəsiz və etibarlı müəssisəyə köçürülərkən qaçıb və onlardan yeddisi daha sonra tapılıb. Məlumatda qeyd olunur ki, məhbusların axtarışı davam edir.
Mətləb