Cümə axşamı günü, 24 iyul 2025
     

İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

Image

Rusiya baş nazirinin müavini Overçukun İrəvanda Paşinyanla və 2 ölkənin hökumətlərarası komissiyanın həmsədrlərinin 5 saatdan çox davam etmiş görüşü barədə məlumatlar və səsləndirilən rəqəmlər çoxdankı şübhələri daha da gücləndirir: "Rusiya ilə Ermənistanın hazırkı münasibətləri üzdə düşmən, arxada dostluq" prinsipinə söykənir.

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Baş nazirin müavini Overçukun səsləndirdiyi fikir və faktlara baxın. "Ermənistan Avrasiya İqtisadi İttifaqında ÜDM-nin artım templərinə görə, ən uğurlu ölkədir, bu ilin 6 ayında ticarət dövriyyəmiz 8,4 milyard dollara çatıb, Ermənistana 1 milyondan çox rus turist gəlib və Ermənistan rus turistləri üçün ən əlverişli ölkədir, biz hər yerdə dost erməni xalqının turistlərimizə mehriban və xoş münasibətini görürük və sair".

Diqqət yetirin. Ermənistanın Avrasiya İqtisadi ittifaqında uğurları və Rusiya ilə ticarət münasibətlərinin inkişafından ağız dolusu və "çiçəyi çırtlaya-çırtlaya" o dövlətin rəsmisi danışır ki, siyasi-diplomatik müstəvidə guya dərin "qarşıdurma" münasibətləri içindədirlər. Məhz Rusiya rəsmiləri Ermənistanı Zəngəzur dəhlizinin açılmasını sabotaj etməkdə suçlayır, Paşinyan buna açıq mətnlə "sülh prosesini sabotaj edən özləridir" kimi çox sərt tonla cavab verir, Paşinyan "Mən son telefon söhbətimizdə Putinə elə bu cür də dedim ki, Azərbaycanla sülh normallaşma prosesini ikitərəfli formatda aparırıq və bu, ən münasib formatdır" deyə jurnalistlər qarşısında öyünür, KTMT-də Ermənistanın fəaliyyətinin dondurulduğunu və lazım gəlsə oradan çıxmaq qərarı da verə biləcəyini sərbəst şəkildə söyləyir, rus sərhədçilərinin İrəvan aeroportundan çıxarılması barədə çoxlarına az qala mümkünsüz görünən qərarı çox asanlıqla verir, rus sərhəd qüvvələrinin dövlət sərhədlərindən də çəkilib getmələrini rahat şəkildə tələb edir, Zaxarova ilə spiker Alen Simonyanın bir-birlərinə demədikləri söz qalmır. Hətta Putinin öz dilindən xüsusilə son illərdə "ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir" bəyanatlarını azmı eşitmişik?! Bu qədər siyasi qarşıdurma və ittihamlardan sonra necə başa düşmək olar ki, "ikitərəfli münasibətlərimiz əladır"?!.. Rusiyanın xarici siyasət taktikasından bir nümunəni gətirək. Biz bilirik ki, Rusiya siyasi-diplomatik münasibətlərin zəiflədiyi ölkələrə münasibətini ən azı təbliğat müstəvisində belə bir tezis üzərində qurur - "bizdən uzaqlaşan kimi, iqtisadi inkişafları yavaşıyıb, böhran başlayıb və sair". Maraqlıdır ki, biz Ermənistana münasibətdə Rusiyanın nədənsə belə siyasət apardığını nəinki görmürük, hətta Ermənistanın Rusiyadan uzaqlaşdıqca sanki "daha yaxşı inkişaf etdiyini və ağ günlərə çıxdığını təbliğ edir". Belə şey olar? Görünür ki, ikibaşlı oyunların getdiyi məkanlarda hər şey olurmuş...

Ukrayna müharibəsindən əvvəl 2021-ci ildə Rusiyanın Ermənistanla ticarət dövriyyəsi cəmi 2,5 milyard dollar olduğu halda, bu ilin axırında 16 milyard dollara çatacağını, hər il artımın böyük həcmdə olduğunu nə ilə izah etmək olar? Bunun izahı varmı? Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistanın dövriyyəsi əsasən malların, işçi qüvvəsinin, kapitalın sərbəst hərəkəti və rüsumsuz ticarətin hesabına baş verib və bu artım Ukrayna müharibəsindən sonra ildırım sürəti ilə gedib. Sizcə bu təsadüfdür? Ukrayna müharibəsi başlayandan Ermənistandan Rusiyaya ixracın böyük həcmdə artdığını, bu artımın əsasən "çip" texnologiyalı cihaz və avadanlıqlar hesabına baş verdiyini hər kəs bilir. Rusiya sanksiya altında olduğu üçün bu cür ikitəyinatlı mallar əvvəlcə Ermənistana, oradan isə Rusiyaya reeksport olunur. O da bilinir ki, Ukrayna müharibəsindən sonrakı 2,5 il ərzində Ermənistandan xarici ölkələrə qızıl və brilyant ixracı inanılmaz dərəcədə artıb. Bunlar Rusiyanın qızıl və brilyantlarıdır, reeksport qaydasında sanksiyalardan yan keçməklə Rusiyadan gətirilir və sonrakı ünvanlara Ermənistandan ötürülür. Beləliklə, Rusiya və Ermənistan aralarında siyasi qarşıdurma fonu yaratsalar da, əslində hər ikisinə milyardlarla dollar qazanc gətirən dərin iqtisadi-ticarət münasibətləri içindədirlər. Rusiyanın siyasi qarşıdurma çətiri altında Ermənistanla ticarətdən əldə etdiyi vəsaitin hara getdiyi məlumdur, bu Rusiyaya nəfəs qədər vacibdir. Ermənistanla da məsələ məlumdur. Rusiya ilə aldadıcı "düşmənçilik" altında qazandığı pulları Fransa və Hindistandan silah-texnika almağa yönəldir. Ermənistanın isə buna "nəfəs" kimi ehtiyacı var.

Əslində Rusiyanın Ermənistanı özünə forpost kimi saxlamaq siyasəti dəyişməyib... Paşinyanın hakimiyyətə gəldiyi 2018-ci ildən bu pərdəarxası oyun davam edir. 30 il Ermənistanın dalında durub Azərbaycan torpaqlarını işğalda saxlatdırdı. Görəndə ki, Azərbaycan bloklara qoşulmamağı özünün daimi kursu kimi seçib və daha Rusiya üçün ondan təhlükə gəlməyəcək, bu zaman Azərbaycanın öz torpaqlarını güclə azad etməsinə imkan verdi. Zatən Azərbaycanın öz ərazilərini azad etməsi gec-tez baş verəcəkdi. Rusiya bunu Ukrayna müharibəsindən 2 il qabaq tutdu və Azərbaycana münasibətini dəyişdirdi. Yenə də onun məqsədi Dağlıq Qarabağ problemini tam həll etmək yox, onu yarımçıq həll vəziyyətində saxlamaq idi. Paşinyan qərbli dostlarının məsləhəti və İlham Əliyevin təzyiqi altında 2022-ci ilin oktyabrında Praqada Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyanda Rusiya rəsmilərinin necə şoka düşdüklərini unudubsuz? Şok təsadüf deyildi. Rusiya rəsmiləri ermənilərə qəzəblə və açıq dedilər ki, Qarabağı biz yox, siz özünüz verdiniz ,bizim planımız belə idi ki, Dağlıq Qarabağın ətrafındakı ərazilər qaytarılsın və ermənilərin hüquq və təhlükəsizliyi sonrakı müzakirə fazasına saxlansın. Elə buradaca 2018-ci ildə Paşinyanın qatı ruspərəst Sarkisyanı yıxıb yerinə keçməsində Kremlin də "işin içində olduğuna" şübhələr artdı. 2018-ci ildə Paşinyanı meydana Qərb çıxardı, meydandan baş nazirliyə isə Rusiya dəstək verdi. Rusiya ölçüb-biçmişdi ki, "Miatsumla" birbaşa bağlılığı olan heç bir erməni lider Azərbaycanın ərazilərinin qaytarılmasına dözməz və bu işin icrası üçün Paşinyandan əlverişli başçı tapıla bilməzdi. Sadəcə Azərbaycan Prezidenti 2 məqamda oyunu poza bildi və nə yaxşı ki, bunu edə bildi:

1. 2020-ci ildə böyük çətinliklə və Kremlin iradəsi əleyhinə başqa rayonlarla bərabər Şuşanı da azad etdi.

2. 2023-cü ildə Antiterror keçirərək ermənilərin qarşısında "ya Azərbaycan vətəndaşlığını qəbul edirsiniz, ya da özünüzə dövlət qura biləcəyiniz başqa məkan seçməlisiniz" şərtini qoydu. 2023-cü il sentyabrın 17-də, yəni Antiterrora 2 gün qalmış İstanbulda ABŞ, Rusiya və Avropa Birliyi rəsmilərinin məxfi görüşərək Azərbaycanı Antiterrordan çəkindirmək planlarını müzakirə etdiklərini bilmirik?! 

Necə olur ki, dünyanın başqa geosiyasi qarşıdurma məsələlərində bir-birlərini didən Rusiya və Qərb "erməni məsələsində" bir araya gəlirlər? Həm də məhz ermənilərin mənafeyi naminə bir araya gəlirlər? Burada aşkar görünən oyun var. Bu bölgədə "erməni layihəsinin" mövcudluğu Qərbi və Rusiyanı bir araya gətirən məsələdir. Necə olur ki, Rusiya Parisdən Tehrana, oradan isə İrəvana fransız-hind texnikasının daşınmasına dözümlü yanaşır və Ermənistana silah daşınmasına dəstək verdiyinə görə, İranı yumşaqca da olsa qınamır?! Çünki axı özü də Ermənistana silah satır...

Maraqlı nüanslardan biri Rusiyanın bu günə qədər Minsk Qrupunun buraxılması ilə bağlı Azərbaycanın əsaslı şərtinə real dəstək verməməsi və bu yöndə praktik addım atmamasıdır.

Ukrayna Avropa Birliyinə üzv olmaq və NATO ilə yaxınlaşmaq kursu elan edən kimi Rusiya onun başına od ələdi. Eynisini Ermənistan da etdiyi halda, niyə Rusiya Ermənistana qarşı ritorik ittihamlardan başqa heç bir addım atmır, üstəlik onun qara-qura yollarla iqtisadi inkişafına dəstək verir və bundan qürur duyduğunu açıq göstərir?! 

Bu və digər arqumentlər ikibaşlı Rusiya-Ermənistan oyunlarının getdiyi barədə şübhələri əsaslı dərəcədə gücləndirir və bu şəraitdə Rusiyanın şübhələri ən azı Azərbaycanın gözündə dağıtması üçün real addımlar atmasına tələbat var.

Yəni ikibaşlı oyunlara son verməlidir...

MƏTLƏB



VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 18:51
Xaricilər işğaldan azad rayonlarımıza öz maşınları ilə getmək hüququ qazandılar...

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

24.07.2025 / 18:09
Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - nə etməliyik…

24.07.2025 / 18:04
Azərbaycan QHT-ləri ermənipərəst konqresmenlərlə bağlı ABŞ dövlət katibinə müraciət etdi...

24.07.2025 / 18:03
Prezident İlham Əliyev Putinə başsağlığı verdi

24.07.2025 / 17:56
Peskov səhv etdi - Bakıdakı rusları Rusiyadakı azərbaycanlılarla müqayisə etmək düzgün deyil...

24.07.2025 / 17:43
Paşinyan belə təcili Altaya niyə gedib?..

24.07.2025 / 17:37
Zəngəzur dəhlizi açılmadan İrəvanda "bir kəmər, bir yol bayramı" başlayıb...

24.07.2025 / 17:30
UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öz təşkilatının eybini açdı…

24.07.2025 / 17:25
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24.07.2025 / 17:16
Rusiya ABŞ-ı hiyləgərlikdə ittiham etdi - onlar yeni bir şey təklif edə bilməz...

24.07.2025 / 17:06
Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri qəbul edib

24.07.2025 / 16:52
Abşeronda saxlanılan 2 nəfərdən 5 kq narkotik aşkarlandı

24.07.2025 / 16:37
Korrupsiya ilə bağlı 10 nəfər cinayət başında yaxalanıb...

24.07.2025 / 16:23
13 milyonluq əmlaka həbs qoyuldu...

24.07.2025 / 16:12
Qarabağda Zəfər bayrağı qaldıranlardan biri – Muxtar Babayev...

24.07.2025 / 16:06
İran geri addım atdı – MAQATE Tehrana heyət göndərir...

24.07.2025 / 15:50
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kritik ağırdır

24.07.2025 / 15:38
Bakıda əməliyyat zamanı çəkiliş - həkimə töhmət, baş həkimə xəbərdarlıq edildi...

24.07.2025 / 15:01
bp BTC ilə ixrac olunan neftin keyfiyyətilə bağlı məsələyə aydınlıq gətirdi

24.07.2025 / 14:49
"Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər" - Keçmiş ABŞ səfiri

24.07.2025 / 14:37
Bakıda bağçada qeydiyyatsız uşaqlar aşkarlandı - müdiri işdən çıxarıldı

24.07.2025 / 14:21
Ermənistanın spikeri Marqarita Simonyanı təhqir etdi - çirkin məxluq...

24.07.2025 / 14:05
Tələbələri üçün Prezident təqaüdünün məbləği də artırıldı...

24.07.2025 / 13:57
Tələbə təqaüdlərinin məbləği artırıldı - SƏRƏNCAM

24.07.2025 / 13:53
Kənd təsərrüfatı məhsulları istehsal edən tikinti obyektlərinə rəylərin əhatə dairəsi müəyyənləşdi

24.07.2025 / 13:52
Lukaşenkonun Estoniyaya girişinə qadağa qoyuldu...

24.07.2025 / 13:47
"Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır" - Birol Akgün

24.07.2025 / 13:32
Azərbaycan Suriyaya qaz nəqlinə başlayır...

24.07.2025 / 13:22
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada şəhid ailəsinə təqdim edilib...

24.07.2025 / 13:19
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

24.07.2025 / 13:10
Угрозы Григория Карасина и Ходжы Насреддина - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.07.2025 / 13:06
Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı

24.07.2025 / 12:53
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

24.07.2025 / 12:50
Daha 29 ailə Ağdərənin Həsənriz kəndinə yola salındı

24.07.2025 / 12:46
Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

24.07.2025 / 12:16
Rusiyada 49 nəfərin olduğu An-24 təyyarəsi qəzaya uğrayıb

24.07.2025 / 12:03
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

24.07.2025 / 11:50
Dövlət Agentliyindən sabit tarifin tətbiqi ilə bağlı açıqlama...

24.07.2025 / 11:38
Sabah bütün sosial müavinətlər ödəniləcək

24.07.2025 / 11:32
Neftçalada iki nəfərə xəsarət yetirən şəxs yaxalanıb

24.07.2025 / 11:29
Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

24.07.2025 / 11:25
Küveyt sorğu göndərdi, Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

23.07.2025 / 20:45
İran, Zəngəzur da daxil, regionda bütün tranzit marşrutlara əl qoydu...

23.07.2025 / 20:31
Əliyevlə Trampın mövqeyi Ermənistanda dərin narahatlıq doğurub...

23.07.2025 / 20:18
Rusiya qazından imtina edən Avropa ilə Azərbaycanın siyasəti bu cür olacaq...

23.07.2025 / 20:10
Gəncədə axtarışda olan şəxs saxlanarkən polislərə silahlı müqavimət göstərdi

23.07.2025 / 20:05
Zəngəzur Ermənistanın bir saylı daxili siyasi məsələsinə çevrildi...

23.07.2025 / 19:51
Azərbaycanda mətbuat müstəqilliyinin daha bir böyük missiyası...

23.07.2025 / 19:38
Ermənistan əhalisinin yarısı Azərbaycanla saziş istəyir...

23.07.2025 / 19:26
İşğaldan azad ərazilərin iqtisadiyyatı sürətli inkişaf yoluna çıxıb...

23.07.2025 / 19:19
İşığa çevrilən söz - “Əkinçi” - Hafiz Təmirov yazır...

23.07.2025 / 19:11
Yəhudi təşkilatları Aydın Quliyevin 65 illiyini təbrik etdilər...

23.07.2025 / 19:06
Suverenliyin bərpasından sonrakı mətbuat yubileyinin fərqli mənası var...

23.07.2025 / 18:51
Rəsmi Kreml Əliyevin Ukrayna siyasətinə açıq münasibət bildirdi - “biz bununla razılaşmadıq”

Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910