KÖHNƏ VERSİYA            

Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

Image

Azərbaycanda dollara yüksək tələbat qalmaqdadır. Hətta son günlər dollar qıtlığı ilə bağlı şikayətlər eşidilir. Bildirilir ki, ayrı-ayrı günlərdə bəzi banklar vətəndaşlara ya dollar, ümumiyyətlə, satmayıb, ya da çox az məbləğdə satıb. Eyni zamanda, Dövlət Neft Fondu 2024-cü ilin avqust ayı ərzində 763 milyon ABŞ dolları məbləğində vəsait satıb. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə yeddi dəfə çoxdur. Sentyabrda da keçirilən hərraclarda dollara tələbat yüksək olub.

Bütün bunlar milli valyutanın mümkün devalvasiyası haqqında fikirlərə yol açıb. Lakin rəsmi qurumlar və bir çox ekspertlər hesab edir ki, manat hələ uzun müddət mövqeyini qoruya biləcək. Mərkəzi Bankın statistika departamentinin direktoru Samir Nəsirov da bildirib ki, ölkənin tədiyə balansının tarazlığını saxlamaq üçün dünya bazarında “Azeri Light” markalı neftin bir barelinin qiymətinin 40-45 ABŞ dolları səviyyəsində olması da kifayətdir: “Hazırda neftin qiyməti ilə bağlı heç bir narahatlığa ehtiyac yoxdur”.

Mərkəzi Bankın məlumatına görə, bu ilin birinci yarısında Azərbaycanın tədiyə balansında 648.1 milyon  ABŞ dolları həcmində profisit yaranıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə səkkiz dəfə azdır. Milli Məclisin VI çağırış deputatı Azər Badamovun “Turan”a deməsinə görə, son vaxtlar dollara tələbatın artması yay mövsümü ilə əlaqədardır: “Yayda hamı məzuniyyətə çıxır, xarici ölkələrə üz tutmağa çalışır. Ona görə də dollara olan tələbatın müvəqqəti olaraq artması gözləniləndir”. Onun fikrincə, manatın mümkün devalvasiyası ilə bağlı məlumatların da heç bir əsası yoxdur: “"Ölkəmiz enerji resurslarını dollarla satır. Dünya bazarlarında isə bizim enerji resurslarımızın qiyməti yuxarı həddə qalmaqdadır”.

Amma iqtisadçı Natiq Cəfərli “Azadlıq” radiosuna bildirib ki, devalvasiya Azərbaycanda inzibati tənzimləmə sahəsidir və baş verəcəksə, hökumətin inzibati qərarı ilə gerçəkləşdiriləcək: “Sadəcə, məntiq məsələsi var və Azərbaycan əhalisi də “ilan vuran ala çatıdan qorxar" prinsipi ilə davranır”. O xatırladır ki, Azərbaycanda seçkilər dövrü də sona çatır və dekabrda keçiriləcək bələdiyyə seçkilərdən sonra beş il seçki olmayacaq. Bu isə, onun fikrincə, hansısa qeyri-populyar addımların atılması üçün siyasi maneələri aradan qaldırır. İqtisadçı Azərbaycanın tədiyə balansında müsbət saldonun sürətlə azaldığını vurğulayır: “Neftin hasilatında da kəskin azalma var. Son məlumatlara görə, yenə bizdə gündəlik hasilat 472 min barel oldu ki, bu, çox aşağı göstəricidir. Neftin qiymətində də azalma müşahidə olunur – bu yaxınlarda qiymət 69-70 dollara düşdü. Eyni zamanda, ölkədə gəlirlər azalır, xərclər isə artır. Bütün bu faktorları cəmləyəndə insanlar keçmiş faktorları da nəzərə alaraq haqlı olaraq düşünürlər ki, devalvasiyanın siqnalları var”. N.Cəfərli hesab edir ki, manatın məzənnəsi ilə bağlı qərarın verilməsi gözləniləndir, sadəcə zaman barədə konkret danışmaq çox çətindir. Ekspert devalvasiyanın ən azından bu il baş verməyəcəyini, 2025-ci ildə belə bir qərarın verilməsi ehtimalının yetərincə yüksək olduğunu söyləyir.

Indilikdə isə neft və qazın qiyməti Azərbaycana daxil olan dollar kütləsinin artması ilə müşayiət olunur. Bundan başqa, digər istiqamətlər üzrə də dollaraxını davam edir. Məsələn, bu ilin altı ayında Azərbaycandan xaricə 259.6 milyon dollar, xaricdən Azərbaycana isə 567.8 milyon dollar köçürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, uyğun olaraq, 1.9 faiz və 36.3 faiz çoxdur.Həmin dövrdə Azərbaycana ən çox pul baratı Rusiyadan (287 milyon), Türkiyədən (82.3 milyon), ABŞ-dan (30.5 milyon), Gürcüstandan (17.4 milyon) və Birləşmiş Krallıqdan (16.1 milyon) daxil olub. Altı ayda ölkədən xaricə köçürülən pul baratlarının həcminə görə isə birinci yerdə Türkiyə (76.6 milyon), sonra isə Rusiya (29.9 milyon), ABŞ (28.3 milyon), Gürcüstan (25.1 milyon) və Birləşmiş Krallıq (13.6 milyon) qərarlaşıb. Lakin istənilən halda ölkəyə daha çox dollar kütləsi daxil olur.  Devalivasiya o zaman aktual olur ki, artıq ölkəyə kifayət qədər valyuta daxil omur və bu istiqamətdə valyuta tələbatı daha yüksək olur. Belə olan halda hökumət məzənnə rejimini saxlaya bilmir və idarə etmək üçün başqa bir səviyyəyə qaldırır. Ölkəmizdə 9 ildir devalivasiya yoxdur. Devalivasiyaya o zaman ehtiyac yaranacaq ki, tədiyə balansında girən dollar çıxan dollardan az olacaq. Devalivasiya infiliyasiyaya gətirib çıxara bilər, amma bu o demək deyil ki, devalivasiya baş verməsə infiliyasiya olmayacaq. Indilikdə ən əsası bu gün Azərbaycanın makroiqtisadi göstəricilərinə nəzər yetirsək görərik ki, hər hansı bir böhran yoxdur. Yəni,  hazırda dolların bahalaşması üçün səbəb yoxdur. İqtisadiyyata baxsaq görərik ki, vəziyyət kifayət qədər müsbətdir. Ölkədə xeyli valyuta və resurslar var və bunu dövlət tənzimləyir. Bundan başqa, Azərbaycanda tədbirlər keçirilir, turistlər gəlir və ölkəyə dollar daxil olur. Daha bir məqam odur ki, Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Dünya bazarlarında, birjalarda gedən proseslərlə manatın heç bir əlaqəsi yoxdur. Hökumətin və Mərkəzi Bankın inzibati tənzimləmə mexanizmi mövcuddur. Ona görə də milli məzənnə hansısa xarici şoklardan, faktorlardan asılı deyil.

Ramil QULİYEV







VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Stano açıq şəkildə Ermənistanın sülhə mane olmaq siyasətini dəstəklədi... - VİDEO

COP-a bir ay qaldı - Xəzərdə fəlakət artır...

Bələdiyyələrin birləşdirilməsi yaxşı ideyadır - ancaq indiyədək əhalidən toplanmış pulların hesabatı necə veriləcək...

Azərbaycanın dünya üçün 14 təşəbbüsündən biri - "COP atəşkəsi"...

SON XƏBƏRLƏR

14.10.2024 | 15:45
"Maxim" taksi şirkəti 20 min manat cərimələndi...

14.10.2024 | 15:24
Hərbi Hava Qüvvələrinin təlimlərindən görüntülər - FOTO/VİDEO

14.10.2024 | 15:20
Prezident bir sıra məhkəmələrə sədrlər və müavinlər təyin etdi

14.10.2024 | 15:06
Sabirabadda vətəndaşın 135 min manatını ələ keçirən dələduz yaxalandı

14.10.2024 | 14:49
Xəzərdə 330 minlik qaçaq siqaret tutuldu

14.10.2024 | 14:21
Tramp “daxili düşmənlərə” qarşı ordudan istifadəni təklif etdi...

14.10.2024 | 14:05
Ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfər saxlandı

14.10.2024 | 14:02
Cərimələrin artırılması vəziyyəti dəyişə bilərmi?

14.10.2024 | 13:50
Nömrəsiz maşın sürən Xaçmaz sakini Qaradağ postunda yaxalandı...

14.10.2024 | 13:28
Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailə üzvləri azad ərazilərə səfər ediblər

14.10.2024 | 13:17
23 yaşlı oğlan Quşçu Ayrım kəndində minaya düşdü

14.10.2024 | 13:04
Кадыров объявил кровную месть сенатору Керимову. Опять армянский след - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.10.2024 | 12:56
Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

14.10.2024 | 12:55
Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

14.10.2024 | 12:44
Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə veriləcək...

14.10.2024 | 12:30
Bakı-Quba yolunda narkotikin təsiri altında olan motosikletçi saxlandı

14.10.2024 | 12:11
Prezident İlham Əliyev Danimarkanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

14.10.2024 | 12:07
Prezident Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

14.10.2024 | 12:06
Qvardiola bu futbolçunu istəyir - 150 milyon təklif edirlər

14.10.2024 | 12:03
Prezident İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

14.10.2024 | 12:00
489 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib

14.10.2024 | 11:30
Azərbaycan 2026-cı ildə cüdo üzrə Dünya Çempionatına ev sahibliyi edəcək

14.10.2024 | 11:15
Biləcəridə "KamAZ"ın vurduği piyada xəstəxanada öldü...

14.10.2024 | 11:10
Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub - nazirdən PAYLAŞIM

14.10.2024 | 11:06
Azərbaycan yığması bu gün Slovakiya ilə qarşılaşacaq

14.10.2024 | 11:03
Ermənilər təşviş içində - Paşinyanın qəfil Moskva səfərinin səbəbləri... - CANLI

14.10.2024 | 11:00
Bu ölkə 3 Fransa vətəndaşını deportasiya etdi - seçkiyə müdaxiləyə görə...

14.10.2024 | 10:36
Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür

14.10.2024 | 10:20
Rusiyada heyvanların sirkdə çıxış etməsi qadağan ediləcək

14.10.2024 | 10:15
Qazaxıstanda nə baş verir? -bu şəhərə Milli Qvardiya yeridilib

14.10.2024 | 10:10
İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin direktoru gizli şəkildə Misirə gedib

14.10.2024 | 10:05
Sahibə Qafarova İsveçrəyə səfərə gedib

14.10.2024 | 10:00
İsmayıllıda yol qəzası olub, sürücü ölüb

14.10.2024 | 09:30
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - XƏBƏRDARLIQ

14.10.2024 | 09:26
Çində 6-cı Dünya Media Sammiti işə başlayıb - Azərbaycan da təmsil olunur

14.10.2024 | 09:17
İngiltərə və Yunanıstandan qələbə, Avstriya darmadağına sevindi

14.10.2024 | 09:11
Bu gün bu ərazilərdə qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

14.10.2024 | 09:09
ABŞ-da atışma olub - 9 nəfər yaralanıb

14.10.2024 | 09:07
Maştağada adam öldürməkdə şübhəli bilinən 21 yaşlı şəxs saxlanılıb

13.10.2024 | 23:39
Paşinyanın "Dünya kəsişməsi" layihəsi" şokolad kimi təqdim olunan zibilə bənzədildi...

13.10.2024 | 23:22
Azərbaycan idmançısı Xorvatiyada qızıl medal qazanıb

13.10.2024 | 19:42
Polşadakı ABŞ bazasına Rusiya raketlərini vurmaq icazəsi verildi…

13.10.2024 | 19:30
“AZERRAIL” Avropa Kubokunun qalibi oldu

13.10.2024 | 17:28
Trampdan 3-cü Dünya müharibəsi xəbərdarlığı - yaxın 3-4 ay ərzində…

13.10.2024 | 16:50
ABŞ İranın mümkün hücumlarına qarşı İsrailə yeni müdafiə sistemi yerləşdirdi...

13.10.2024 | 15:26
Oktyabrın 26-da Gürcüstanda ən təhlükəli qüvvə erməni diasporu olacaq, azərbaycanlılar isə…

13.10.2024 | 14:53
İsrail ordusu Suriyaya girdi…

13.10.2024 | 14:06
İran ərəb ölkələrinin “Hizbullah” liderinin öldürülməsində əli olduğunu iddia etdi…

13.10.2024 | 13:25
BTQ Niderland parlamentinə çağırış etdi - hökumətinizi müstəmləkə cinayətlərinə son qoymağa çağırın

13.10.2024 | 13:08
İcma Ermənistandan azərbaycanlıların təhlükəsiz şəkildə qayıdışına şərait yaratmağı tələb etdi

13.10.2024 | 12:20
"Şuşada, Ağdamda, Qarabağda törədilən vandalizmi görmüşük" - ICESCO nümayəndəsi

13.10.2024 | 11:08
Bakıdan Laçına ilk müntəzəm avtobus reysi yola düşüb

12.10.2024 | 20:12
88 yaşlı qadını aldadıb pullarını ələ keçirən dələduz yaxalandı - Nazirlik vətəndaşlara çağırış etdi

12.10.2024 | 19:31
Əliyevlə Putin müharibənin 80 illiyində Bakıya Qəhrəman şəhər adı üzərində razılaşıblar?...

12.10.2024 | 18:46
Çin-Özbəkistan dəmiryolu Türkmənistan və İran üzərindən Türkiyəyə yönəldilir - Azərbaycana bu pisliyin müəllifi kimdir?.

12.10.2024 | 18:29
Zəngəzur sərhəd məntəqələri ilə bağlı Putin - Paşinyan raılaşması prinsipcə Azərbaycanın ziyanına ola bilər...

12.10.2024 | 18:03
ABŞ-nin Cənubi Qafqaz siyasətində paradoks

12.10.2024 | 17:52
Berdimuhəmmədov Məhtimqulu-300 tədbirinə Ermənistan prezidentini də dəvət etdi...

12.10.2024 | 17:26
Azərbaycanda bələdiyyələrin 8 milyonluq borcu necə yaranıb? - Yükü dövlətin üstünə atmaq cəhdləri var…

12.10.2024 | 17:00
İran 4 ərəb ölkəsini təhdid etdi - hədəfə çevriləcəksiz

12.10.2024 | 16:28
Yardımlıda narkokuryer qohumlar saxlandı

12.10.2024 | 16:11
COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirib

12.10.2024 | 15:23
XİN üçtərəfli bəyanatı təhrif edən Paşinyanın cavabını verdi - bunları heç kəs unutmayıb...

12.10.2024 | 15:07
Milli Məclis Niderland Parlamentinə bu ölkənin üz qızardan keçmişinı xatırlatdı...

12.10.2024 | 14:58
"Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir" -BƏYANAT

12.10.2024 | 13:30
Qələbənin 80 illiyində Bakının Qəhrəman şəhər adı gec də olsa özünə qaytarılmalıdır....

12.10.2024 | 12:37
Yasamalda mağaza mühafizəçisini hədələyib oğurluq edən şəxs yaxalandı

12.10.2024 | 12:11
Zakir Həsənov Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silahlardan danışdı

12.10.2024 | 12:05
Müdafiə naziri müşavirə keçirdi - sərhəddə əməliyyat şəraiti təhlil edildi

12.10.2024 | 11:16
Bakının 3 küçəsində hərəkət qismən məhdudlaşdırılıb - sürücülərə XƏBƏRDARLIQ

12.10.2024 | 11:06
Bu gün Azərbaycan kubokunda yeni mövsümə start veriləcək

12.10.2024 | 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına təbrik məktubu ünvanlayıb

12.10.2024 | 11:00
"Yaprak dökümü"nün "Cevriye"si yeni serialda

12.10.2024 | 10:30
1,2 milyon livanlı qaçqın olub - Beynəlxalq Qırmızı Xaç Komitəsi

12.10.2024 | 10:20
Bu da baş verdi - Tiktok yüzlərlə əməkdaşını süni intellektlə əvəzləyəcək...

12.10.2024 | 10:15
Rusiya Ukraynanın şərqində “Şahid” dronları istehsal edəcək?

12.10.2024 | 10:06
ABŞ Dövlət Departamentindən QƏRAR - Səudiyyə Ərəbistanına 1 milyard dollarlıq silah satılacaq

12.10.2024 | 10:00
Bahalaşma Çini də "vurdu" - benzinin qiyməti yenə bahalaşdı...

12.10.2024 | 09:26
İndiyədək verilmiş "Halal" sertifikatlar ləğv olunur(?)

12.10.2024 | 09:19
“Boeing”-dən ŞOK QƏRAR - 17 000 iş yeri ixtisar edilir

XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031