Nöqsanlara görə 35 məntəqə seçki komissiyası buraxıldı
Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 16-da keçirilən iclasında seçkilərin hazırlanması, keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə ümumilikdə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılıb.
Qeyd edilənlər nəzərə alınmaqla, seçkilərin ümumi yekunlarının müəyyənləşdirilməsi üçün dairə seçki komissiyaları protokollarının və onlara əlavə olunmuş digər seçki sənədlərinin yoxlanılması işi başa çatıb.
ZÜMRÜD