İtaliya KİV-ləri Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb
İtaliyanın aparıcı KİV-ləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisindən yazıb. Belə ki, “Corriere dello Sport”, “Autosprint”, “Sky sport”, “Tuttosport”, “Corriere della Sera”, “Rai”, “La Reppublica” və “Ansa” kimi informasiya agentliklərinin yaydığı materiallarda Bakının 2016-cı ildən Formula 1-ə ev sahibi etdiyi, pilotların Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vurduğu bildirilib. “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastrinin Formula 1 üzrə Azərbaycan Qran-Prisində podiumun ən yüksək pilləsinə qaldığı, Şarl Leklerin (“Ferrari”) ikinci, Corc Rassellın (“Mercedes”) isə üçüncü olduğu diqqətə çatdırılır.
Məlumat verilir ki, sentyabrın 13-də keçirilmiş ikinci sərbəst yürüşdə “Ferrari”də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıb. Şarl Lekler ötən gün təşkil olunmuş sıralama turunda isə ən yaxşı nəticəyə imza atıb.
Azərbaycanın yarışlara səkkizinci dəfə ev sahibliyi etdiyi, Bakı şəhər halqasının 2026-cı ilədək Formula 1 təqviminə əlavə olunduğu bildirilib.
Mətləb Salahov