Bazar günü, 20 iyul 2025
     

Hərtərəfli inkişaf etmiş nəslin yetişdirilməsi Azərbaycanın prioritetidir

Image

Hər bir ölkədə əhali öz arzu və ümidlərini gənc nəslə bağlayır. İstənilən şəxsdən həyatın mənası nədir deyə soruşsan, çəkinmədən cavab verəcək: övladlarının xoşbəxtliyini, rifahını görmək.

Bu fonda ölkəmizdə sağlam, harmonik inkişaf etmiş nəslin yetişdirilməsinə daim diqqət yetirilir, dövlət gənclər siyasəti prioritet istiqamətlər sırasındadır. Bu istiqamətdə atılan hər bir addım əhali tərəfindən dəstəklənir. Bu sahədə möhkəm hüquqi baza yaradılıb. 

Sağlam və savadlı gənclər böyük dövlətin əsasıdır 

Gənclərin maraqlarının hərtərəfli müdafiəsi məsələləri Azərbaycanın Konstitusiyasında, bir çox qanun və fərmanlarda, prezidentin və Nazirlər Kabinetinin qərarlarında öz əksini tapıb.  Gənc nəslin hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş onlarla beynəlxalq sənəd ratifikasiya edilib. 

Müstəqilliyin ilk illərindən sosial-iqtisadi çətinliklərə baxmayaraq, xalqın genefondunun yaxşılaşdırılması, hərtərəfli inkişaf etmiş nəslin yetişdirilməsi prioritet vəzifə kimi qarşıya qoyulub. Hələ o zaman belə bir fikir irəli sürülürdü ki, sağlam və savadlı gənclər gələcək böyük dövlətin əsasıdır. Bu illər ərzində uşaqların sağlam doğulub böyüməsi, keyfiyyətli müasir təhsil alması, cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradılıb. Uşaqların qorunması, sosial müdafiəsinin gücləndirilməsi, təhsil sisteminin təkmilləşdirilməsi, uşaq idmanının inkişafı sahəsində uğurlu islahatlar aparılıb. Onlar bir-birini tamamlayır və ahəngdar, ayrılmaz bir sistemə çevrilib. Bu gün tibb ocaqları, təhsil müəssisələri, idman obyektləri, gənclər sarayları gənc nəslin hərtərəfli sağlam, harmonik inkişaf etmiş şəxsiyyətlər kimi formalaşmasına xidmət edir. Ölkəmizdə  "dövlət gənclər siyasəti" ifadəsi tez-tez eşidilir. Bu da, yeri gəlmişkən, gənclərə diqqətin daha bir bariz sübutudur. Çünki bu, həyata keçirilən sosial-iqtisadi, təşkilati-hüquqi tədbirlər sistemidir. Dövlət tərəfindən gənclərin sosial formalaşması və intellektual, yaradıcı və digər potensialının inkişafı üçün şərait yaradılmasını təmin edir. Bunlar uşaq və gənclər siyasətinin formalaşdırılması və həyata keçirilməsi mexanizmlərinin daha da təkmilləşdirilməsini nəzərdə tutur. Prioritet istiqamətlər sırasında uşaqların, oğlanların və qızların sosial, iqtisadi, siyasi və digər hüquq və mənafelərinin, əlçatan və keyfiyyətli təhsilin təmin edilməsi, onların fiziki, intellektual və mənəvi inkişafına təkan vermək, məşğulluq üçün şərait yaratmaq, mənəvi cəhətdən də onları tərbiyə etməkdir. Mərkəzdə və yerlərdə dövlət gənclər siyasətini həyata keçirən orqan və qurumların vəzifə və səlahiyyətləri, onların vəzifələri konkret olaraq müəyyən edilib. Onun həyata keçirilməsində ictimai, ilk növbədə gənclər təşkilatlarının, vətəndaşların özünüidarəetmə orqanlarının və kütləvi informasiya vasitələrinin iştirakı ilə bağlı müddəaların tətbiqinə də xüsusi diqqət olunur.  Çünki gənc nəslin tərbiyəsi həm dövlətin, həm də cəmiyyətin diqqət mərkəzindədir. Əsas prinsiplər gənclərin təşəbbüslərinin dəstəklənməsi və stimullaşdırılması, mənəvi-əxlaqi və mədəni dəyərlərin üstünlüyü, gənclər arasında ayrı-seçkiliyə yol verilməməsidir. Onun əsas istiqamətləri isə gənclərin hüquq, azadlıq və qanuni mənafelərinin təmin edilməsi, həyat və sağlamlığının qorunması, zərərli təsirlərə və cərəyanlara qarşı durmağa qadir, həyata möhkəm əqidə və baxışa malik gənclərin yetişdirilməsidir. Uşaq və gənclərin hüquq və mənafelərinin təminatlarının təmin edilməsi, onların firavan və xoşbəxt yaşaması üçün şərait və imkanların yaradılması, gənclərin öz yaradıcılıq və intellektual potensialının üzə çıxarılması istiqamətində gələcək işlərin hüquqi əsasına da xüsusi diqqət olunur. 

Sağlamlıq, həm də intellektual kamillik deməkdir 

Aydındır ki, sağlam uşaq, bir qayda olaraq, sağlam və mehriban ailədə, sağlam anadan doğulur. Zamanın sınağından çıxmış bu həqiqət dərin məzmun və geniş işlərlə doludur. 

Respublikada gələcək həyat yoldaşlarının nikahdan əvvəl tibbi müayinədən keçirilməsi qaydası müəyyən edilib. Bütün rayonlarda yerləşən kənd tibb məntəqələrində, regional multidissiplinar poliklinikalarda, perinatal və skrininq mərkəzlərində, ginekoloji və doğum komplekslərində qadınlara ixtisaslı tibbi xidmət göstərilir. Yeniyetmə qızlar və reproduktiv yaşda olan qadınlar pulsuz tibbi müayinədən keçirilir. Onların tibbi mədəniyyətinin yüksəldilməsi, sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirmə işləri ardıcıl olaraq həyata keçirilir. Bunun nəticəsidir ki, ölkədə ana və uşaq ölümünün səviyyəsi xeyli azalıb, irsi xəstəliklərin və qüsurlu anadangəlmə halların qarşısı alınır. Uşaqlar arasında kəskin respirator virus infeksiyalarına yoluxma halları azalır. Ölkəmizdə oğlan və qızların çəki və boy göstəriciləri Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir. Uşaq idmanının inkişafı sağlam nəslin yetişdirilməsinin daha bir mühüm vasitəsinə çevrilib. Respublikanın bütün rayonlarında, o cümlədən ucqar kəndlərdə tikilən müasir idman komplekslərində yüz minlərlə uşaq idmanın müxtəlif növü ilə müntəzəm məşğul olur. Qızların - gələcək anaların bu prosesə cəlb edilməsinə, onların sağlamlığının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Kənd yerlərində nümunəvi layihələrlə tikilən müasir evlər ailələrin şəraitini və həyat keyfiyyətini yaxşılaşdırır, qadınların həyatını asanlaşdırır. Nəticədə özlərinə, sağlamlıqlarına və uşaqlarına daha çox vaxt ayırırlar. Rahat evlərdə, müasir şəraitdə gənc nəsil sağlam böyüyür, dünyagörüşü genişlənir. Belə tədbirlərin nəticələri uşaqlarımızın sağlamlığında və inkişafında özünü aydın şəkildə büruzə verir. Sağlamlıq təkcə fiziki deyil, həm də intellektual kamillik deməkdir. Bu baxımdan, vaxtının çox hissəsini övladları ilə keçirən anaların rolu hədsizdir. Onları hərtərəfli şəxsiyyət kimi yetişdirmək üçün ananın özü savadlı olmalıdır. Ona görə də Azərbaycanda qızların təhsilinə, müasir peşələrə yiyələnməsinə böyük diqqət yetirilir. Bununla yanaşı, ökəmizdə hər il gənclərin ictimai fəallığının artırılmasına yönəlmiş yüzlərlə layihə həyata keçirilir. Bu yanaşma siyasi savadlı, ideoloji cəhətdən yetkin, yüksək mənəviyyatlı, kənardan ideoloji qüvvə ilə təhdid oluna bilməyən gənc oğlan və qızların formalaşmasına öz töhfəsini verir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

20.07.2025 / 15:52
Dünya mediası İlham Əliyevin çıxışında bu məqamlara xüsusi diqqət çəkdi... - FOTO

20.07.2025 / 15:16
Ukrayna konstitusiyasında rus dilinə verilən xüsusi statusun ləğvi təklif edildi...

20.07.2025 / 14:56
Rusiya alimi Kərim Şükürova və Yaqub Mahmudova qarşı çağırış etdi - "məhrum edilsinlər"...

20.07.2025 / 14:22
III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib - YENİLƏNDİ

20.07.2025 / 14:10
"İkitərəfli müstəvidə sülh gündəliyinin irəli aparılması üçün nailiyyətlər əldə olunub" - Hikmət Hacıyev

20.07.2025 / 13:48
"Bu gün kontent yaradıcılığı baxımından Azərbaycan mediasının göstəriciləri artıb" - Prezidentin köməkçisi

20.07.2025 / 13:40
"Dezinformasiya bu gün media mühitində ən təhlükəli təhdidlərdən biridir" - Avropa Xəbər Agentlikləri Alyansının baş katibi:

20.07.2025 / 13:34
Hikmət Hacıyev Azərbaycan heyətinin MDB-nin Moskva iclasında iştirak etməməsinin səbəblərini açıqladı

20.07.2025 / 11:50
"Jurnalistikanı blogerlikdən ayırmağın vaxtı gəlib" - Qlobal Forum iştirakçısı

20.07.2025 / 11:17
Prezidentin köməkçisi: "Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur"

20.07.2025 / 11:07
"Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır" - Hikmət Hacıyev

19.07.2025 / 23:55
Prezident İlham Əliyevin sosial şəbəkələrdəki rəsmi səhifələrində III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO/YENİLƏNDİ

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910