Ukrayna Belqoroda hücum edib, 8 nəfər yaralanıb
Ukrayna Ordusunun bu gün səhər saatlarında Rusiyanın Belqorod vilayətini atəşə tutması nəticəsində 8 nəfər yaralanıb. Rusiya mediasının yazdığına görə, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında yazıb.
“İlkin məlumatlara görə, səkkiz mülki şəxs yaralanıb. Onlardan biri son dərəcə ağır vəziyyətdədir, qalanlarının vəziyyəti orta ağırlıqdadır. Yaralılar şəhər xəstəxanalarına çatdırılıb”, - deyə o bildirib. Qubernatorun sözlərinə görə, birbaşa zərbələr nəticəsində bir fərdi ev və 15-dən çox avtomobil yanıb. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir.
Mətləb Salahov