Şahin Bağırov Qubadlıda "Eyvazlı" postunun fəaliyyətinin bərpasından danışdı
İşğaldan azad olunmuş Qubadlı rayonunda yerləşən "Eyvazlı" gömrük postunun fəaliyyətinin bərpası ölkələr arasındakı ticari əlaqələrdən asılıdır.
Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov jurnalistlərə deyib.
"Hazırda "Eyvazlı" gömrük postunda hərəkətlilik yoxdur. Gələcəkdə dövlət siyasətinə uyğun olaraq, Azərbaycanda yerləşən bütün nəzarət-buraxılış məntəqələrinin imkanlarını artırmağı planlaşdırırıq", - o deyib.