Netanyahu ABŞ-ın girovlarla bağlı razılaşmasından imtina etdi...
Amerikalı jurnalist və Pulitzer mükafatı laureatı Seymur Xerş öz mənbələrinə istinadən məlumat verib ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Fələstin hərəkatı ilə girovlarla bağlı razılaşmasından imtina edib. Bu barədə o, Substack platformasındakı blogunda yazıb.
Jurnalist qeyd edib ki, Vaşintoqnun tələbi 71 nəfər girovun azad edilməsini nəzərdə tuturdu. Onun sözlərinə görə, bununla əlaqədar razılıq əldə edilmişdi, lakin HƏMAS həmçinin müharibənin 5 gün müddətinə dayandırılmasını tələb edib. Xerş bəyan edib ki, İsrailin baş naziri bu variantı “dərhal rədd edib”.