Alimlərdən XƏBƏRDARLIQ: Gələn həftə güclü maqnit qasırğası olacaq
Dünya alimləri gözlənilən maqnit qasırğası ilə bağlı ciddi xəbərdarlıq açıqlayıblar. Açıqlamada deyilir ki, noyabrın 22-də Yer kürəsi yenidən güclü maqnit qasırğasının təsiri altında olacaq. Həmin gün halsızlıq, başağrısı, təzyiqin qalxıb-enməsi halları mümkündür. Eyni vəziyyət noyabrın 24-25-də də təkrarlanacaq.
“News.ru”nun məlumatında deyilir ki, Rusiya Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyası müdirinin müavini Sergey Boqaçov da açıqlama ilə çıxış edib. Rusiyalı alimin sözlərinə görə, ilin sonunadək G3 səviyyəli maqnit qasırğalarının dəfələrlə təkrarlanması mümkündür.
Mətləb