“Qərb dövlətləri milli xəyanətkarları dəstəkləməklə heç də öz istəklərinə çata bilməyəcəklər” - Aydın Hüseynov
Azərbaycan dünya birliyində öz mövqeyini daha da gücləndirir. Müstəqil siyasət həyata keçirən Azərbaycan həm 44 günlük müharibədə, eyni zamanda birgünlük antiterror tədbirləri həyata keçirməklə öz suverenliyini bərpa etdi. Bütün bunlar Azərbaycanın bir daha iqtisadi və siyasi nüfuzunu, güclənməsini əks etdirən faktorlardır.
Bunu “Bakı-Xəbər” açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, ölkəmizin inkişaf etməsi və müstəqil siyasət həyata keçirməsi heç də bir çox dövlətləri qane etmir. “Xüsusilə Qərb ölkələrini. Qərb ölkələri, xüsusilə Fransa Azərbaycana əvvəllər torpaqların azad edilməsinə ciddi cəhdlə mane olurdu, indinin özündə də yenə regionda sülhün əldə olunmasına çox ciddi maneələr törədir, erməni dövləti vasitəsilə Azərbaycana təsir edir. Qərb ölkələri digər vasitələrə də əl atırlar. Bu vasitələrdən biri də milli xəyanətkarların əli ilə Azərbaycanda qarışıqlıq yaratmaq, ölkənin inkişafına mane olmaq, eləcə də qarşıdurma yaratmaq, dövlət çevrilişinə cəhd etməkdir. Bu kimi halların baş tutması üçün 5-ci kolondan, eyni zamanda milli xəyanətkarlardan istifadə edilir.
Bunlardan bir çoxları yenə Fransada oturub Azərbaycana qarşı qarayaxma kmapaniyası aparır. Əlbəttə bunların məqsədi məlumdur, kimlər tərəfindən maliyyələşdirilir, kimlər tərəfindən dəstəklənir, bunlar hamısı məlumdur. Bunlar bir çoxlarını, o cümlədən Qubad İbadoğlunu da öz tərəflərinə çəkə bilmişdilər. Bir alim kimi, guya ki alimdir, iqtisadçıdır bunlara müəyyən imtiyazlar yaratmışdılar, digər ölkələrdə, universitetlərdə bunların piarını aparırdılar. Guya ki bunlar iqtisadiyyat üzrə çox böyük bir alimlərdir. Ancaq əslində Q.İbadoğlunu hazılamaqla Azərbaycanda qarışıqlıq yaratmaq istəyirdilər.
Qeyd etdiyimiz kimi bu məqsəd üçün daimi istifadə olunanlardan biri də Q.İbadoğludur. Təkcə Qərb dairələrinin yox, eyni zamanda Türkiyədə dövlət çevrilişini həyata keçirməyə cəhd edən, türk dövlətçiliyinin əleyhinə yönələn FETÖ-nün də fəal üzvlərindəndir. Q.İbadoğlu hər iki cəbhədə fəal olmaqla Azərbaycanda da bu missiyanı həyata keçirməyi üzərinə götürənlərdən biri kimi çıxış edirdi. Qrantların alınması və bu qrantların nağd şəkildə alınması bu məqsədə xidmət edirdi. Sual olunur, nə üçün Azərbaycanın əraziləri minalardan təmizlənəndə onlara pul alınmır? Əgər qrant, vəsait alırsansa bu səmtə yönəlt və yaxud onun özünün də vaxtilə təmsil olunduğu rayondan bizim 1 milyondan çox qaçqınımız, məcburi köçkünümüz ağır şəraitdə olanda bunlar üçün hər hansı qayğı göstərmir. İndi isə həmin ölkələrdən pul alaraq, qrantlar alaraq dövlətçiliyə qarşı fəaliyyət göstərir. Hesab edirəm ki, hüquq-mühafizə orqanları çox vaxtında bu şəbəkəni, xüsusilə Q.İbadoğlunun bu fəaliyyətini ifşa etdi və bizim dövlətçilik prinsiplərimizə zidd fəaliyyət göstərən bu insanların ifşa olunması çox düzgün bir addımdır. Hesab edirəm ki, Qərb dövlətləri bu kimi milli xəyanətkarları dəstəkləməklə heç də öz istəklərinə çata bilməyəcəklər” - deyə millət vəkili bildirib.
Əli TURABOV