Natenyahu BMT qətnaməsini də saymadı, ABŞ-la əlaqələri kəsir, Rəfahı düzləməyə hazırlaşır....
İsrailin Baş naziri Benyamin Netanyahunun beynəlxalq ictimaiyyətin və özəlliklə ABŞ-ın mövqeyini nəzərə almadan Rəfaha hücum əməliyyatı həyata keçirəcəyəni bəyan etməsi ciddi təpkilər yaradıb. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsindəki paylaşımında bu məsələ barədə fikirlərini bölüşüb. A.Quliyev daha sonra yazır: "Altı aylıq beynəlxalq diplomatik- siyasi mübahisələr nəticəsində İsrail - Fələstin müharibəsi üzrə ilk BMT qətnaməsi qəbul edildikdən sonra da Natenyahu sakitləşmir, hətta ABŞ- ın özünü şantaj etməyə başlayıb. Belə ki, BMT TŞ-nin 25 mart 2024- cü il qətnaməsi ABŞ- ın öz veto hüququndan bu dəfə istifadə etməməsi nəticəsində qəbul edildi. İndiyədək bir neçə dəfə atəşkəs və girovların azad edilməsi ilə bağlı qətnamə layihələri ya ABŞ- ın, ya da Rusiyanın veto tətbiqi nəticəsində qəbul edilə bilmirdi. Bu dəfəki qətnaməni tarixi hadisə saymaq olar.
Lakin Natenyahu hələ də maydan oxumaqda davam edir. Hətta öz diplomatlarının ABŞ-a səfərlərini bu ölkənin TŞ- də veto hüququndan istifadə etmədiyinə görə ləğv edib. Bəyan edib ki, İsrail Qəzzanın cənubunda quru əməliyyatları hətta ABŞ- ın dəstəyi olmadan həyata keçirəcək. Bu, əslində ABŞ-la müttəfiqlik münasibətlərinə uyğun olmayan şantaj siyasətidir. Natenyahunun getdikcə ipə-sapa yatmaz liderə çevrilməsi regionda sülhün gələcəyinə daha pis təsir göstərəcək."
Mətləb