Paşinyandan Rusiyaya qarşı daha bir gediş - “Mir” kartlarına xidmət dayandırılır...
Ermənistan Mərkəzi Bankı ABŞ sanksiyalarına məruz qalmamaq üçün martın 29-dan etibarən yerli banklara Rusiyanın “Mir” ödəniş kartına xidmət göstərməyi qadağan etmək qərarına gəlib.
TASS agentliyi bu barədə Ermənistanın bank sektorundakı yüksək vəzifəli mənbəyinə istinadla məlumat yayıb.
"Ermənistan prosessinq mərkəzi “ArCa” eyni vaxtda “Mir”, “Visa” və “Mastercard” ilə ödənişləri emal edir. “Visa” və “Mastercard” isə sanksiyaya məruz qalan “Mir” ödəniş kartına xidmət göstərən şirkətlə işləmək istəmir. “Mir” xidməti qadağan edilməsə Ermənistan beynəlxalq kartsız qalacaq”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, Ermənistan Mərkəzi Bankı “Rusiya tərəfini incitməmək üçün” bu prosesi özəl bankların qərarı kimi təqdim edir.
ZÜMRÜD