Aİ Şurası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə edəcək
Avropa İttifaqı (Aİ) Şurası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə edəcək.
Trend xəbər verir ki, bu barədə "TASS" agentliyi Aİ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, müzakirələr martın 18-də keçiriləcək iclas çərçivəsində aparılacaq.
"Avropa İttifaqının 27 üzv ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasının gündəliyinə digər məsələlərlə yanaşı, İrəvan-Bakı münasibətlərinin tənzimlənməsi də daxil olacaq", - deyə Aİ-dən vurğulayıblar.