Azərbaycanlı müğənni: "keçmiş ərimin 8000 manat aliment borcu var"
Müğənni Sevda Sanəliyeva qonaq olduğu "Günə son" ictimai-sosial verilişində şəxsi həyatı barədə danışıb. O keçmiş həyat yoldaşı barədə açıqlama verib: “Uzun illərdir ki, həyat yoldaşımdan ayrılmışam. Son 2 ildir ki, aliment alıram. 8000 manat aliment pulu yığılıb. Şəxsi düşüncəm belədir ki, ata mütləq şəkildə aliment ödəməlidir. Çünki əgər uşaqlar anada qalıbsa, deməli, məsuliyyət, xərclər ananın üzərindədir. Ödənilən aliment uşağın nəyinə bəs edir ki? Amma ata ən azından bunu etməlidir". Sənətçi bildirib ki, keçmiş həyat yoldaşı hər ay 170 manat aliment ödəyir.
Mətləb