Bakıda İƏT Əmək Mərkəzi fəaliyyətə başlayacaq – nazir müavini açıqladı
Gələn həftə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin fəaliyyətə başlayacağı gözlənilir.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. O bildirib ki, bu da sosial tərəfdaşlığın, Azərbaycanda əmək münasibətləri sahəsində müxtəlif proqramların daimi əsaslarda təmsil olunmasını təmin etməyə imkan verəcək: Gələn həftə həmin mərkəzə seçkilərin keçirilməsi gözlənilir. Düşünürük ki, ilkin mərhələdə Əmək Mərkəzinin fəaliyyətə başlaması üçün DOST mərkəzlərində yer ayrılacaq".
Mətləb