Çində güclü yanğın 11 nəfərin həyatına son qoydu
Çinin Şansi əyalətində kömür zavodunun binasında baş verən yanğın nəticəsində azı 11 nəfər ölüb. Bu barədə "Sinxua" agentliyi şəhərin fövqəladə hallar idarəsinə istinadən məlumat yayıb.
Çin Mərkəzi Televiziyası isə bildirib ki, xilasedicilər 63 nəfəri təxliyə edib, onlardan 51 nəfəri xəstəxanaya çatdırılıb. Yanğının başvermə səbəbləri araşdırılır.
Mətləb