Bu axşam Azərbaycan-İsveç oyunu olacaq – hakim isveçrəli qadındır
Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək. Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İsveçlə üz-üzə gələcək. Bu qarşılaşmanı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək.
Mətləb