Seçicilərin 92,4 %-i İlham Əliyevə səs verib - Sosioloji Tədqiqatlar Mərkəzi açıqladı
Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib.
Trend-in məlumatına görə, Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.
“Exit-poll” nəticələrinə əsasən, namizədlərin topladığı səslərin ardıcıllığı belədir:
1. Prezident İlham Əliyev - 92,4 %
2. Zahid Oruc - 2,2 %
3. Fazil Mustafa - 2 %
4. Qüdrət Həsənquliyev - 1,6 %
5. Razi Nurullayev - 0,6 %
6. Elşad Musayev - 0,8 %
7. Fuad Əliyev - 0,3 %