KÖHNƏ VERSİYA            

Ermənistanın "sroku" ilsonuna kimidir - Konstitusiyasını dəyişəcək, sülh müqaviləsini imzalayacaq...

Image

Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Bunu bir neçə gün əvvəl Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Azərbaycan prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən Prezident vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər. Rusiyalı politoloq Vitali Arkov Azərbaycan prezidentinin bu yanaşmasının tam əsaslı olduğunu və sülhə xidmət etdiyini vurğulayır. O hesab edir ki, Ermənistan hakimiyyətinin Bakının təzyiqi ilə Konstitusiyaya dəyişiklik edəcəyi ehtimalı yüksəkdir: “Nəzərə alsaq ki, Bakı həqiqətən də son illər öz məqsədlərinə ardıcıl şəkildə nail ola bilib. Bura İkinci Qarabağ müharibəsi nəticəsində ərazilərin qaytarılması, bunun nəticəsində imzalanmış üçtərəfli bəyannamə də daxildir. Bu və Əliyevin öz taktikası ilə ötən ilin sentyabrında Ermənistan qoşunlarının və silahlı birləşmələrinin Qarabağdan çıxarılması, separatçıların özünü buraxmasına nail olması faktdır. Görək Ermənistanın Konstitusiyasında, gerbində, himnində dəyişikliklərlə bağlı vəziyyət necə inkişaf edəcək. Paşinyan sözünün sahibi deyil. Amma Əliyevin məqsədlərinə çatmağa imkan verən rıçaqları var. Qalib ölkə sakitləşə bilərdi, amma Əliyev müdrik, əməli rəhbər kimi başa düşür ki, rahatlamaq olmaz, Qarabağın qaytarılması ilə bağlı bütün prosesi sona qədər və hüquqi çərçivədə başa çatdırmaq lazımdır”. Digər ekspertlər də hesab edir ki, Ermənistan dövləti revanşizmə, qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymaq və münasibətləri nizama salmaq istəyirsə, ilk növbədə, yeni Konstitusiya qəbul etməlidir. Çünki Azərbaycana qarşı ərazi iddiaları Ermənistan Konstitusiyasının preambula hissəsində yer alıb. Ona görə də Ermənistan ən azından preambula hissəsini yenidən hazırlamalıdır. Indilikdə baş nazir Nikol Paşinyanın Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşdırması üçün ölkəyə yeni konstitusiya lazım olduğunu deməsi müsbət addımdır. Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışıqlar davam edir, şərti sərhəddə neçə aydır sakitlikdir. Bu baxımdan da dinc münasibətlərin davamlı olması üçün sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Bunun üçün sözügedən ölkənin Konstitusiyanda və digər hüquqi-normativ sənədlərin qəbulunda dəyişikliklər zəruridir.

Onu da qeyd edək ki, Müstəqillik Bəyannaməsi İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması prosesində ən ciddi maneədir. Bu sənədi 1990-cı il avqustun 23-də o zaman ölkənin Ali Sovetinin sədri vəzifəsini tutmuş Levon Ter-Petrosyan imzalayıb. Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında” Ermənistan Ali Soveti və “Dağlıq Qarabağın Milli Şurası”nın qərarı da əsas tutulur. Bundan başqa, sənəddə 1915-ci ildə Osmanlı dövlətində “erməni soyqırımının” beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanıb. Bütün bunlar sülhə, Ermənistanın Azərnbaycan və Türkiyə ilə münasibətlərinin normalaşmasına ciddi maneədir. Ermənistanın gerbində də ərazi iddiası irəli sürülür. Ötən ilin mayında Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq ölkəsində ən hündür dağın Ağrı dağı deyil, Araqats olduğunu vurğulamışdı: “Ağrı dağı və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisidir. Ermənistan həmin əraziyə iddia edərsə, Türkiyə bizimlə əməkdaşlıq edər? Əlbəttə, yox”. Erməni hərbi ekspert Davit Camalyan bütün bunlara belə münasibət bildirir: “Paşinyanın açıqlamalarını təsadüfi hesab etmirəm və ümumiyyətlə, 2018-ci ildə Ermənistanda başlayan prosesləri konkret geosiyasi proseslər kontekstində nəzərdən keçirməyi təklif edirəm. Nikol Paşinyan Konstitusiyanın dəyişdirilməsinə nail olsa, bununla da biz Qarabağdan tamamilə imtina edəcəyik, milli kimliyimizdən məhrum olacağıq və hətta milli simvollarımızı belə inkar edəcəyik”. Ermənistanın “Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan bildirib ki, ölkə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı bütün prosedurlara əməl olunarsa, proses altı aydan bir ilə qədər davam edə bilər. O, əmin olduğunu bildirib ki, bu vaxt vahid cəbhə yaratmaq və Ermənistan hakimiyyətinin antimilli qərarlar qəbul etməsinə imkan verməmək üçün kifayət edəcək. Çalabyan izah edib ki, zorakılıq və terror olmayacaq, mübarizə qanun çərçivəsində, ürək və ağıl üçün aparılacaq: “Biz uğur qazanacağıq, lakin məqsədlərə çatmaq üçün vaxt çərçivəsini təyin edən biz deyilik. Prosedur var. Konstitusiya dəyişiklikləri ictimai müzakirələrlə başlamalı, sonra parlamentdə müzakirələrə getməli, daha sonra layihə Konstitusiya Məhkəməsinə təqdim edilməlidir. Bundan sonra 50-60 gün davam edəcək təbliğat-təşviqat kampaniyası başlamalıdır”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031