ABŞ təşkilatı “exit poll”un nəticələrini açıqladı - Seçicilərin 93,9%-i İlham Əliyevə səs verib
ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı “exit poll”un nəticələrini açıqlayıb. Secki-2024.az-ın xəbərinə görə, nəticələri təşkilatın nümayəndələri Vlada Qalan və Corc Brinbaum təqdim edib.
Vlada Qalan bildirib ki, bu gün keçirilmiş seçkilər tarixi əhəmiyyət daşıyır.
“Oracle Advisory Group” ilk dəfədir ki, Qarabağda və Şərqi Zəngəzurda seçkilərdə iştirak edib”, - o, vurğulayıb.
Qeyd edilib ki, “exit-poll” 40 seçki dairəsi və 500 seçki məntəqəsi üzrə 63 mindən çox seçicinin fikri öyrənilərək keçirilib.
Təşkilatın keçirdiyi “exit-poll”un nəticələri belədir:
– İlham Əliyev – 93,9 faiz
– Zahid Oruc – 1,8 faiz
– Fazil Mustafa – 1,5 faiz
– Qüdrət Həsənquliyev – 1,2 faiz
– Razi Nurullayev – 0,9 faiz
– Elşad Musayev – 0,4 faiz
– Fuad Əliyev – 0,3 faiz.