"Rusiya NATO ilə yeni münaqişəyə hazırlaşır" - ABŞ Müharibə Araşdırmaları İnstitutu
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bəyan edib ki, "Rusiya NATO ilə uzunmüddətli münaqişəyə hazırlaşır".
Bildirilib ki, Rusiya bunu Ukraynadakı müharibə ilə paralel edir: “Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov bunu açıq-aşkar bildiriblər. Rusiya Ukraynanın işğal olunmuş ərazilərində yeni hərbi birləşmələr yaradıb”. Qeyd olunub ki, Rusiya NATO-ya qarşı yeni hərbi dairələr yaradır: “Rusiya Müdafiə Nazirliyi Ukraynadakı itkiləri qismən yeni birləşmələr yaratmaqla əvəz edir”.
Mətləb