KÖHNƏ VERSİYA            

Mahirə Nağıqızı yaradıcılığının leksik- semantik xüsusiyyətləri

Image

Poeziyanın əsas vasitəsi sözdür, ilhamdır. Sözə can verən təbdir. Sənətkarın ilhamı ilə yoğrulmuş söz misralarda ovsuna dönür, insanı başqa bir dünyaya aparır. Şair sözü sənət süzgəcindən keçirir, sözə müxtəlif mənalar verməklə fikri qüvvətləndirir, ümumxalq dilində bir o qədər də diqqəti cəlb etməyən söz məzmun və təblə yoğrulanda şeirin misralarında qeyri-adi təsir bağışlayır. Məhz ona görə də ümumxalq dilindən götürülmüş bir söz bədii dildə mənalanır, cilalanır, digər sözlərlə birlikdə məzmunun sərrast ifadəsinə xidmət edir. Lirik əsərlərdə insanın hiss və duyğularının dəqiq  ifadə olunmasında  yaxın mənalı sözlərin-sinonimlərin rolu danılmazdır.  Mahirə Nağıqızının poetik dilində yaxınmənalı söz qruplarının-sinonimlərin linqopoetik üslubi imkanları, rəngarəngliyi bütün məna çalarları ilə əks olunmaqla yanaşı əsas fikrin ifadəsində misilsiz rol oyanayır.

Dildə sinonimlik hadisəsi fikri daha dəqiq ifadə etməkdə, obrazlılığın leksik səviyyədə təmin olunmasında  xüsusi çəkiyə malikdir. Müasir Azərbaycan ədəbi dilində olduğu kimi Mahirə Nağıqızı şeirlərində də nitq hissələri baxımından sinonimləşmə hadisəsi isim, sifət və feil üçün daha səciyyəvidir.

Azərbaycan-

Göyərən ümidlərim.

Dərmanı, davasısan,

Min illik dərdlərimin.

 “Azərbaycan”

“Azərbaycan” şeirindən götürülmüş bu nümunədə “dərman”, “dava” sinonimləri isimlərdən təşkil olunmuş və hər ikisi ədəbi dilimizdə işlənməkdədir.

Mahirə Nağıqızı poeziyasında elə şeir nümunələrinə rast gəlirik ki, bir bəndin dörd misrasında sinonimlər və antonimlər mütənasib işlənmiş, ziddiyyət və ahəngdarlıq bir-birini izləmişdir.

Kimə doğma dedin, kimə yad dedin,

Nə haray istədin, nə imdad dedin?

Qürbətin havası verməz dad dedin,

Adının hər adı-sanı vətəndir. 

“Vətəndir”

İlk misrada “doğma”, “yad”, üçüncü misrada “qürbət”, sonuncu misrada  “vətən” sözlərinin təzadı fonunda ikinci misradakı “haray” və  “imdad” sinonimlərinin əsas fikrin ifadəsinə xidmət etməsini müşahidə edirik. Bir bənddə obrazlılğa xidmət edən elementlər təkcə sinonimlik hadisəsi ilə məhdudlaşmır, burada bədii təzad, bədii sual-“Nə haray istədin, nə imdad dedin?” və bədii təkrir var.

Mahirə Nağıqızı poeziyası ilə yaxından tanış olduqda aydın olur ki, onun şeirlərində bədii formalar məzmunu, milli ruhu, azərbaycançılıq ideyalarını üstələyə bilmir. Onun üçün bədii qəliblər ideanın təqdimatında təcəssüm etdirilir. “Salam olsun” şeirlər kitabına daxil edilmiş “Ay vətən” şeiri bu baxımdan səciyyəvidir. Diqqətli oxucu şeirin adında “ay” nidasının bir ana ürəyindən qopduğunu duyur, ilk bənddə ananın vətənə olan dəyərini, vətənə olan bağlılığının şahidi olur.

Ay vətən, bir səndən savayı, vallah,

Baş qoyub yatmağa bina görmədim.

Bu misralar şairin hiss-həyəcanını, fikir və düşüncəsini ifadə etməklə yanaşı ananın vətənə olan münasibətini, dəyərini ifadə edir. Oxucu vətən nəğməsini xatırladan növbəti misralarda ananın vətənə ana deməsinin  şahidi olur.

Mahirə, dərdlərin yad eldə dinsə,

Onu bir də sayma, azar mindisə.

Dünya qu tükündən yastığa dönsə,

Sənin dizlərindən, ana, görmədim.

Bəndin ilk iki misrasında “dərd” və “azar” sinonimləri fikrin daha dəqiq ifadəsinə, təkrarın aradan qaldırılmasına xidmət etməklə yanaşı leksik obrazlılığın təmin edilməsinə xidmət edir.

Vətən, torpaq və vətən uğrunda canından keçmiş, şəhidlik zirvəsinə yüksəlmiş şəhidlər Mahirə Nağıqızı poeziyasının leymotivini təşkil edir. Onun poetik yaradıcılığının ana xətti, aparıcı, istiqamətverici elementi, canı Vətən, millət və Şəhidlər mövzusudur. Bu təsadüfü deyildir. Şəhdlik zirvəsi islam ümməti və türk milləti üçün ən ali zirvədir. İslam Peyğəmbəri Məhəmməd əleyhissalam buyurmuşdur: “Qiyamət günündə üç dəstə izzət və cəlal sahibi olan Allahın qarşısında şəfaət edər və onların şəfaəti qəbul olar: peyğəmbərlər, alimlər və şəhidlər.” Şairin Tovuz şəhidlərinə həsr etdiyi “Dünən yazılan vərəq” şeiri vətən uğrunda canlarından keçmiş igid Azərbaycan oğullarına bir övgü, həzin bir ağıdır. Bu ağıda şairin ürək çırpıntılarını dərdli, kədərli lirik mənini ifadə edən “qismət”, “tale”, “qədər”, “ölçü”, “təzə” və “tər” sinonimləri fikrin dəqiq ifadəsi üçün yerində işlənmiş leksik vahidlərdir.

Ömür də qismətmiş, talemiş, eyvah,

Qədəri, ölçüsü-istəmə, istə...

Sevgi səpilərmiş, gör, necə, Allah,

Təzə, tər gül kimi, qəbirlər üstə.


Mahirə Nağıqızı yaradıcılığında sinonim sözlərin xüsusiyyətlərindən danışarkən onların dil mənsubluğu da diqqəti cəlb edir. Məsələn, onun yaradıcılığında elə sinonim sözlərə rast gəlirik ki, o sözlərin biri milli, digəri alınma mənşəlidir. 

Savalanda yatan igid oyandı,

Bayrağıdır, qan-qırmızı boyandı.

Yağı düşmən qaçaraqda dayandı,

Əhvalından, qırımından görünür.

“Görünür” rədifli şeirdən seçilmiş bu bəndin sonuncu misrasında “əhval” və “qırım” sözləri sinonim cərgə təşkil etmişdir. Lakin “əhval” sözü ərəb dilindən dilimizə keçmiş, alınma, “qırım” sözü isə həmin sözün danışıq dilində işlənən milli variantıdır. Maraqlıdır ki, ədəbi dilimizdə, adətən, “əhval” sözü işlənir, “qırım” sözü isə bir növ unudulur. Şairin milli sözlərimizə isti münasibəti, dilimizdə tarixən var olub, dialekt və şivələrimizdə bu gün də öz varlığını qoruyan sözlərə ikinci həyat verməsi olduqca təqdirə layiqdir. 

Azərbaycan ədəbi dilində sinonimlərin eyni nitq hissəsinə aid olması, əsasən isim, sifət və feilləri əhatə etməsi məlumdur. Mahirə Nağıqızı poeziyasını tədqiq etdikdə aid olur ki, nitq hissələri baxımından onun yaradıcılığında isimlərin sinonimliyi kimi sifət nitq hissəsinin də sinonimliyinə də rast gəlmək mümkündür. Məsələn, Bakıda törədilmiş  Qanlı 20 Yanvar hadisəsinə həsr edilmiş “20Yanvar qatarı” adlı şeirdə şair düşməni daha aydın təsvir etmək üçün “məkirli” və “hiyləgər” nisbi sinonim sifətlərdən elə məharətlə istifadə edir ki, oxucuda düşmən haqqında tam təsəvvür yaranır.

Düşmən məkirlidir, qansız, hiyləgər,

Planlar qurubdur uzun  illəri.

Azərbaycanın başına gətitlən müsibətləri  20 Yanvar, Xocalı faciələrini hər daim dərin kədər hissi ilə poetik dillə ifadə edən şair “Xocalı” adlı şeirində də sifət nitq hissəsinə aid sözləri bir misra daxilində elə ustalıqla işlədir ki, həmin sözlərin semantik tutumu sinonim cərgə effekti yaradır.

Dinc, silahsız adamlar,

Ölümnən baş-başaydı.

Xocalıda olanlar,

Amansız tamaşaydı.

Şairin qanadlı misralarında sifət nitq hissəsinə aid sinonimlər estetik zövqü təmin etməklə  onun yaradıcılıq möhründə daha qabarıq görünür.  

Mahirənin qəlbi dolu,

Kökü qədim, əsli ulu.

Qılınc tutmaz Çakaloğlu

Şəfa verən türkdü hocam.

“Sayın Yılmaz Çakaloğluna” adlı şeirin möhürbəndində ikinci misrada işlənmiş “kök” və “əsil” isimləri ilə yanaşı “qədim” və “ulu” biri milli digəri alınma olan sifət nitq hissəsinə aid sinonimlər şairin milli kimliyini, bir sənətkar kimi şəxsiyyətini, qüdrətini ifadə edir.

Mahirə Nağıqızı poeziyasında elə şeirlər var ki, oxucu o şeirlərin sehrindən çıxa bilmir, misralar insanı ovsunlayır, məzmun oxucunu gerçəklik və yuxu arasında var-gəl etməyə vadar edir. Açıq etiraf edim ki,  onun “Şuşa məscidində azan” şeirinin adını ilk dəfə oxuduqda  özüm-özümə bu reallıqdır, yoxsa, şairin ali arzusu? Bu misralar otuz illik həsrətin ilğımıdır, yoxsa, rəssam fırçası ilə işlənmiş möhtəşəm sənət əsəri? suallarını verməkdən saxlaya bilmədim. Bu möhtəşəm misraların Şuşanın sıldırım qayalarından gələn əks-sədası oxucuda reallıqdır, yuxu deyil, xəyal deyil, bu Azərbaycan xalqının zəfəri, milli varlığımızın təsdiqi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi qələbəsinin bədii təcəssümüdür fikrini möhkəmləndirir, Şuşaya həsrət, təşnə qəlblərə su səpir.

Hər biri dikəldi, durdu dağ kimi,

Düşmən qabağına verdilər sinə.

Gecənin bağrından bir mizraq kimi,

Sıxıb sancdılar düşmən köksünə.

İlk misrasında “dikəl” və “dur”  feillərinin sinonimliyi, digər misralarda isimlərin sinonimlik hadisəsi o qədər təbii və canlı işlədilir ki, assosativ olaraq şeirin axıcılığını təmin edir.

“Şuşa məscidində azan” şeirində təsriflənən feillərə aid sinonim cərgələr şeirin daha dinamik, daha mübariz ruhda təqdimini şərtləndirir.

Necə tab gətirib, dözüb nə təhər,

Pənah xan çəkdiyi susqun daş-divar.

İlk misrada “tab gətirib” və “dözüb” feillərinin sinonimliyi “necə” və “nə təhər” sual əvəzliklərinin sinonimliyi fonunda daha parlaq görünür.

Qeyd etmək yerinə düşərdi ki, şeirdə sinonimlərin işlədilməsi dilin üslubi imkanları ilə bilavasitə bağlıdır. Dilin üslubi imkanlarının tələbi ilə sinonim sözlər şeirdə tək və yaxud cərgə şəklində işlənə bilir. Mahirə Nağıqızının şeirlərinin bədii dili üzərində apardığımız tədqiqat onu deməyə əsas verir ki, sinonimlərin müəyyən qismi poetik nitqə məqsədyönlü daxil edilmiş, digər bir qismi isə şairlik ilhamının təzahürüdür. Hər iki halda sinonimlər müəllifin  poetik nitqni canlı, axıcı və yadda qalan edir, şeirdəki məzmun və forma gözəlliyini qovuşuq şəkildə şəkilləndirir.

Bəhram Cəfəroğu,

ADPU-nun baş müəllimi, 

filologiya üzrə fəlsəfə doktoru









VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031