Ərdoğan BMT TŞ-də dəyişiklik məsələsini yenidən gündəmə gətirdi - Dünyanın gələcəyi 5 ölkənin mərhəmətinə buraxıla bilməz
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin nüvə silahları ilə bağlı region ölkələrinə nüvəsizləşdirmə konfransı keçirməyi təklif edib.
Səudiyyə Ərəbistanında keçirilən “İslam Əməkdaşlıq Təşkilatı” və “Ərəb Liqası”nın birgə sammitinin bəyannaməsindən danışan Ərdoğan tədbirin həm taktiki, həm də strateji tərəfi olduğunu və ikisinin bir-birinə bağlı olduğunu qeyd edib.
Türkiyə prezidentinin sözlərinə görə, nüvə tərksilahı çox vacibdir və o, həm İsraili, həm də onun arxasında duranları ifşa edir. Ərdoğan həmçinin Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatların müsəlmanlardan söhbət getdiyində funksiyası pozulduğuna və kor olduğuna eyham vurub.
“İndi İkinci Dünya Müharibəsindən sonra yaradılmış strukturu yeniləmək lazımdır. BMT-də daimi üzvlük və veto sistemi dəyişdirilməlidir. Dünyanın gələcəyi və insanların həyatı veto hüququ olan beş ölkənin mərhəmətinə buraxıla bilməz. Qəzza ilk növbədə Fələstin xalqının torpağıdır. Amerika bunu qəbul etməlidir”, – Türkiyə prezidenti bildirib.
TAHİR