İrəvan Bakıya hücum etməmək haqqında pakt imzalamağı təklif edib...
İrəvan sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha çox vaxt aparacağı ortaya çıxarsa, Bakıya hücum etməmək haqqında müqavilə bağlamağı təklif edib. Bunu Ermənistanın baş naziri Paşinyan deyib.
“Biz Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmi, habelə sülh müqaviləsinin bağlanmasının gecikəcəyi təqdirdə hücum etməmək haqqında pakt imzalamağı təklif etmişik”, - deyə o bildirib.
Tahir TAĞIYEV