İstanbulda kilsəyə silahlı hücum - bir nəfər öldü...
İstanbulda katolik kilsəsində atışma olub. Hadisə şəhərin Avropa hissəsində, Sarıyer rayonundakı “Santa Maria” katolik kilsəsində ayin zamanı baş verib.
Hadisə yerinə çox sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. Silahlı hücum nəticəsində ilkin məlumata görə, bir nəfər həlak olub.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumatı təsdiqləyib. Hücumun 2 maskalı şəxs tərəfindən həyata keçirildiyini deyən nazir, məsələ ilə bağlı genişmiqyaslı təhqiqat və cinayətkarların tutulması üçün işlərə başlandığını bildirib.
TAHİR