Gürcüstandakı soydaşlarımız Aİ-nin Tiflis ofisi qarşısında etiraz aksiyası keçirdi... - FOTO
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı ədalətsiz mövqeyi və qəbul etdiyi qərarlar dünyanın hər yerində, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın ciddi etirazına səbəb olub.
Bir sıra gürcü siyasətçiləri AŞPA-nın bu qərarını ciddi tənqid ediblər.
Gürcüstanda yaşayan soydaşlarımız da özünü demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının müdafiəçisi hesab edən AŞPA-ya öz etirazlarını bildiriblər.
“Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə soydaşlarımız Avropa İttifaqının (Aİ) Tiflis ofisinin önündə “Ayrı-seçkiliyə və ikili standartlara son!”, “Xocalıya ədalət!” tələbləri ilə aksiya keçiriblər.
Aksiyada “Erməni terroruna son!”, “Ekoloji terrora son!” və digər şüarlar səsəndirilib.
Dinc şəkildə keçirilən aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.
ZÜMRÜD