9 ölkə Fələstin qaçqınlarına yardımı kəsdi...
Bu da Qərbin bəzi dövlətlərinin "ədaləti", daha doğrusu ədalətin qıcqırması. Bir yandan 100 ilə yaxındır ki, bu müsəlman xalqına öz dövlətini qurmaq imkanı vermirlər, bir yandan İsrail onları əməlli-başlı genosid səviyyəsində qırıb tökür, bir yandan da AŞ-ın təşəbbüsü ilə 9 dövlət - ABŞ, Britaniya, Almaniya, Hollandiya, İsveçrə, Avstraliya və digərləri BMT-nin Fələstin Qaçqınlarına Yardım üzrə Agentliyinə maliyyə donorluğunu dayandırırlar.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bir yandan BMT-nin Ədalət Məhkəməsi İsraili Qəzzada, yəni Fələstin müsəlmanlarına qarşı genosidin qarşısını almağa çağıran qərar çıxarır, o biri tərəfdən isə fələstinliləri ölümlə üz-üzə qoymağa bərabər olan yardımı dayandırırlar.
İsrailin baş naziri Netanyahu Fələstin dövlətinin yaradılması ideyasını açıq şəkildə inkar edir, Qəzzanın idarəçiliyini Fələstinə verməyəcəyini inadla deyir, ona heç nə demirlər, əvəzində müsəlmanların çörək pulunu kəsirlər...
Tahir TAĞIYEV