BMT Agentliyinin HAMAS-la əlaqəsi ortaya çıxdı - Quterreş hərəkətə keçdi, bəzi ölkələr UNRWA-ya yardımı dayandırdı...
Birləşmiş Millətlər Təşkilatı (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) bəzi əməkdaşlarının oktyabrın 7-də törədilən hücumlarda əli olduğuna dair İsrail rəsmilərinin iddialarından sonra təcili hərəkətə keçib .
İsrailin iddiaları ilə bağlı BMT-nin Daxili Nəzarət Xidmətləri Ofisi (OIOS) tərəfindən hazırda araşdırmaların aparıldığını bildirən BMT baş katibi Antonio Quterreş, hadisədə iştirak edən və HAMAS-la əlaqəsi olduğu bildirilən 12 nəfərdən 9-nun şəxsiyyətinin müəyyən edildiyini və UNRWA komissarı tərəfindən işlərinə son verildiyini bildirib. Qeyd edilir ki, sözügedən əməkdaşlardan biri isə ölüb.
O, vurğulayıb BMT-nin terror aktlarında əli olan hər bir əməkdaşı cinayət təqibi də daxil olmaqla, məsuliyyətə cəlb olunacaq.
Quterres İsrail rəsmilərinin UNRWA-nın bəzi işçilərinin HAMA-a dəstək verdiyini iddia etməsindən sonra təşkilata maliyyə dəstəyini dayandıran ölkələri qərarlarından dönməyə çağırıb. Qəzzadakı mülki əhalinin sağ qalmaq üçün UNRWA-nın köməyinə ehtiyacı olduğunu deyən Quterreş, bu iddialardan sonra UNRWA-ya verdikləri yardımı müvəqqəti olaraq dayandırmağa qərar verən bəzi ölkələri bu qərardan dönməyə çağırıb.
Tahir TAĞIYEV