Tramp xəbərdarlıq etdi - Fəlakətlə üz-üzəyik... Terrorçular ABŞ-a axışır...
ABŞ-ın cənub sərhədindəki vəziyyət ölkəni terror aktları ilə təhdid edir. İnterfax xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, bu, ölkənin bütün tarixi ərzində ABŞ-ın cənub sərhədində ən pis vəziyyətdir.
“Cəmi 3 il bundan əvvəl bizim ABŞ tarixində ən möhkəm və təhlükəsiz sərhədimiz var idi. Bu gün biz fəlakətlə üz-üzəyik... Terrorçular dünyanın hər yerindən maneəsiz şəkildə gəlirlər. İndi ABŞ-da terror aktlarının baş vermə ehtimalı 100%-dir. Sərhəd bağlanmalıdır!”, - deyə Tramp yazıb.
O qeyd edib ki, pis sərhəd razılaşması heç bir razılaşma olmamasından daha pisdir.
ZÜMRÜD