Şarl Mişel Avropa Şurasının prezidentliyindən vaxtsız istefa verməyəcək...
Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentinə seçkilərdə iştirak etmək üçün hazırkı prezident postunu 6 ay öncədən tərk edəcəyini bildirmişdi. Qrafikə görə, onun prezidentliyi iyun ayında başa çatmalıdır.
Lakin Mişel bu günlərdə Avroparlament seçkilərinə qatılmayacağını bəyan edib: "Mən vahid, güclü, demokratik Avropanın tərəfdarı olaraq qalıram.Missiyamın başa çatmasını gözləyəcəm.Missiyamın yarımçıq qalmasını istəmirəm." Mişel Azərbaycan- Ermənistan sülh prosesində vasitəçiliyinə görə populyardır. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması məhz onun vasitəçilik etdiyi danışıqlarda əldə olunub.
Mişelin yarımçıq missiya deyəndə Azərbaycan-Ermənistan normallaşmasını nəzərdə tutub - tutmadığı məlum deyil. Hər şeyi gələcək göstərər.
Ancaq Fransanın, Almaniyanın və Avropa Şurasının məlum qərarlarından sonra Azərbaycanın Avropanın vasitəçiliyinə etimad göstərcəyi inandırıcı görünmür.
Nahid Salayev