"Fransanın Azərbaycanla bağlı gedişi “avtoqol”dur" -“Formiche” qəzeti
İtaliyanın “Formiche” qəzeti Fransanın Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyi barədə məqalə dərc edib. Yazıda Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qərarlarla ölkəmizə təzyiq göstərməyə çalışdığı, lakin bunun təsirinin olmadığı və Azərbaycanın həmin qüvvələrlə mübarizə apardığı bildirilir. Qeyd olunur ki, Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü il 17 noyabr tarixli qərarı ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edib. Fransa Beynəlxalq Ədalət Məhkəməsinin təsdiq etdiyi hökmə məhəl qoymur və bu isə əslində, gərginliyin sona çatmasına tərəfdar olmayan təhlükəli addım – “avtoqol”dur.
Məqalədə vurğulanır ki, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının bu qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib. Komitə öz Bəyanatında “Total Energies” də daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılmasına çağırıb. Azərbaycan Nazirlər Kabineti Milli Məclisin komitəsinin müraciətinə baxarsa, bu, Fransanın Cənubi Qafqazdakı iqtisadi maraqlarına ciddi zərbə vuracaq.
Mətləb Salahov