Əfqanıstanda düşən Rusiya təyyarəsindən 1,2 milyon dollar oğurlandığı ortaya çıxdı
Əfqanıstanın Bədəxşan əyalətində qəzaya uğrayan Rusiya təyyarəsindən 1 milyon 200 min ABŞ dolları oğurlanıb. Bu barədə “Hasht e Subh” nəşri məlumat verir.
«Etibarlı mənbələr nəşrə bildiriblər ki, bu məbləğdə pul oğurlandıqdan sonra Bədəxşan əyalətində taliblərin qubernatoru Məhəmməd Əyyub Xalid bu qruplaşmanın baş nazirinin müavini Məhəmməd Həsən Axundun əmri ilə faktların müəyyənləşdirilməsi və bu işin araşdırılması üzrə komissiya təyin edib», - nəşrdə qeyd olunur.
Mənbələr əlavə edirlər ki, bu komissiyaya Bədəxşan əyalətində Taliban kəşfiyyat idarəsinin başçısı rəhbərlik edir.
Mənbələrin məlumatına görə, hadisə yerinə ilk gələn qrup Taliban silahlı qüvvələri qərargah rəisi QariFasihuddin Fitratla əlaqəlidir.
Hələlik nə Taliban, nə də Rusiya tərəfi bu xəbəri şərh etməyib.