Şimali Kipr Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib
Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını və ordusunu təbrik edib.
Təbrik mətni nazirliyin “X” hesabında paylaşılıb.
“Qardaş Azərbaycan işğal altında olan torpaqlarını azad edib. Qəhrəman Azərbaycan xalqını və ordusunu 8 Noyabr- Zəfər Gününü münasibətilə təbrik edir, bütün şəhidlərimizi rəhmətlə anırıq”, – paylaşımda deyilir.