Məcid Cavadi Araz:"Bu gün xalqımızın qələbə simvoludur qürur günümüzdür"
"Keçən bir - iki günün içində Güney Azərbaycan şəhərlərində" Zəfər Günü" ilə bağlı qutlama tədbirləri oldu. Təbrizdə, Urmiyada, Ərdəbildə, Sulduzda, Qoşaçayda və başqa şəhərlərdə "Zəfər Günü"ü münasibətilə təbrik vərəqələri dağıdıldı, divarlar yazıldı, atəşfəşanlıqlar oldu. Bütövlükdə, Zəfər Günü Güney Azerbaycanda coşqu ilə qeyd olunur". Bunu baki-xeber.com-a açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Araz bildirib. M. C. Arazın bildirdiyinə görə, 4 Güney Azərbaycan təşkilatı "Zəfər Günü"nü ortaq bir mesajla təbrik ediblər. Bütün dünya azərbaycanlılarını, Güneydə və Qüzredə yaşayan Azərbaycan türklərinin təbrik etdiklərini deyən M. C. Araz " inanırıq ki, bu zəfər millətimizə, dövlətimizə daha böyük uğurlar gətirəcək, xeyirli və uğurlu olacaq. Bu gün xalqımızın qələbə simvoludur, qürur günümüzdür. "Zəfər Günü"n qutlu olsun Azərbaycan" - deyə bildirdi.
İradə SARIYEVA