DİN yayılan qalmqallı toy görüntülərini araşdırdı - qız zorla ərə verilib?..
Toy mərasimində gəlin köçən xanımla bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd edilib ki, araşdırmalarla toy mərasiminin 2022-ci ilin dekabr ayında rayonlardan birində keçirildiyi müəyyən edilib.
Tərəflər arasında yaranan mübahisəyə səbəb isə 18 yaşlı xanımın məcburi nikaha daxil edilməsi yox, məişət xarakterli anlaşılmazlıq olub. Həmin anlaşılmazlıqda hüquqazidd hal, yaxud kriminal tərkib müəyyən edilməyib.