Prezident Vəngli kəndində erməni vandalizmini əks etdirən lövhənin sökülməsi ilə bağlı tapşırıq verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.
Prezident İlham Əliyev işğal dövründə ermənilərin növbəti vandallıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdikləri lövhənin sökülməsi ilə bağlı tapşırıq verib.